Biz anaların qüsuru ondadır ki, bizim cəmi bir qucağımız var, oraya da yalnız bir övlad yerləşir. Əvəzində isə Tanrı bizə göy dəniz, sonsuz səma genişliyində bir ürək verib ki, oraya bütün övladlarımızın sevgisini sığdıra bilək.
Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa - uzun illər boyu hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir.
Siz istedadlısınız, mənim balam, tezliklə qabiliyyətsizlərin özlərindən üstün olanlara qarşı necə qorxunc və aramsız mübarizə apardığını öz gözünüzlə görəcəksiniz. Bir axşama iyirmi beş luidor uduzsanız, səhərisi gün sizə qumarbaz damğası vuracaqlar və ən yaxın dostlarınız aləmə car çəkəcəklər ki, qumarda iyirmi beş min frank uduzmusunuz. Başınız ağrısa, deyəcəklər, başına hava gəlib. Kiminsə üzünə bozarsan, deyəcəklər, qılıqsız adamdır. Əgər bu cırtdan ordusuna var-gücünüzlə və qətiyyətlə müqavimət göstərsəniz, onda da ən yaxın dostlarınız hay-həşir salıb, sizin hər şeyi dağıtmaq istədiyinizi, ağalıq etmək, kimlərəsə qan uddurmaq eşqinə düşdüyünüzü deyəcəklər. Əlqərəz, yaxşı cəhətləriniz eyiblərinizə, eyibləriniz naqisliyinizə çevriləcək, məziyyətləriniz isə cinayət hesab olunacaq.