"Para ölümü zehirlerse ölümden bir tek öfke çıkar" – məhz fransız naturalizminin atası Émile Zola-nın "Nasıl Ölünür" (Comment on meurt) kitabının ana ideyasını, ruhunu əks etdirir.
Zola bu qısa, amma sarsıdıb insanı silkələyən əsərində olduqca çılpaq bir sual verir: Ölüm hamını bərabərləşdirirmi?
Müəllif bu suala "Xeyr" cavabını verir. O, cəmiyyətin 5 fərqli təbəqəsindən (aristokrat, burjuva, xırda dükançı/esnaf, fəhlə və kəndli) olan insanların son nəfəslərini və sonrasını 5 qısa hekayədə təsvir edir. Zola göstərir ki, insan necə yaşayırsa, elə də ölür; sosial siniflər, kapital, pul və status insanın yalnız həyatını yox, onun ölüm döşəyini, tabutunu və arxasından tökülən göz yaşlarını da formalaşdırır.
Kitabdakı 5 fərqli ölüm portreti təxminən belədir:
1. Aristokratın Ölümü (Qraf de Çalye): Ölüm tam bir teatr səhnəsidir. Hər şey protokollara, "soyadın şərəfinə" uyğun idarə olunur. Əsl kədər yoxdur, sadəcə cəmiyyətə nümayiş etdirilməli olan "alicənab bir yas" rolu var.
2. Burjuvanın Ölümü (Madam Guérard): Həyatı boyu rahatlıq və lüks içində yaşamış bu təbəqə üçün ölüm böyük bir qorxu, qəbul edilə bilməyən bir təhdiddir. Həkimlər, dərmanlar və pul tökərək ölümdən qaçmağa çalışırlar, lakin qaçış yoxdur.
3. Xırda Dükançının Ölümü (Madam Rousseau): Pul qazanmaq hər şeydən üstündür. Qadın yuxarıda can çəkəndə belə, həyat yoldaşı müştərilərə mal satmaq, qəpik-quruş hesablamaq məcburiyyətindədir. Çünki dükkanı bircə saatlıq bağlamaq maddi itki deməkdir. Ölüm yatağında belə pulun zəhəri var.
4. Fəhlə Ailəsinin Ölümü (Kiçik uşaq - Charlot): Yoxsulluq içində yaşayan fəhlə ailəsində ölüm bəzən "boğazın birinin azalması" kimi acı bir rahatlıqla qarşılanır. Çarəsizlik, tibbi yardıma çata bilməmək və ölümün gətirdiyi o soyuq, kimsəsiz reallıq bura hakimdir.
5.
Kəndlinin Ölümü