Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
129 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Amma bəzən də heç nə yağışın yağacağından xəbər vermir. Qəfildən aydın səmada bulud peyda olur, vurhavur yağış tökür. Bax, uzaqdan gələn yağış bu imiş...
Sayfa 72·Kitabı okudu
1000Kitap
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Qəribədir, dünya yaranandan sevgi məfhumu da yaranıb. Amma sevgi get-gedə öz əzəli məzmununu, formasını dəyişməkdədir. İllərin sınağına, sivilizasiyaların dəyişilməsinə, müharibə və təbii fəlakətlərin həmlələrinə, insani münasibətlərin ilkin məcrasından çıxmasına, elmi-texniki inqilablara tuş gələn sevgi tam başqalaşıb, Romeo və Cülyettanın, Leyli və Məcnunun, Tristan və İzoldanın ibtidai sevgisi ilə daban-dabana fərqli bir məfhuma çevrilib.
Sayfa 59·Kitabı okudu
1000Kitap
Ağların hamısı qara, qaraların isə hamısı ağ. Ağ ola biləcəklər və qara ola biləcəklər isə boz. Birincilər qaraya, ikincilər ağa çalan boz.
Sayfa 8·Kitabı okudu
1000Kitap
Onlar sanırdılar ki, öz sısqa vücudları ilə, lazım gələrsə, dağları yaracaq, dənizləri qurudacaq, zamanı belə durdura biləcəklər... Onlar dünya ilə savaşa girmişdilər...
Sayfa 7·Kitabı okudu
1000Kitap
7/10
·372 syf.··
Beğendi
·
2025 31. kitabı
·
6 günde okudu
·
Okunma: 08 Kasım 2025 01:28
“Qürur və Qərəz”i oxudum və açığı deyim ki, mənim üçün çox romantik və heyranedici olmadı, amma əsərin dərinliyi diqqətimi çəkdi. Elizabeth ağıllı, düşüncəli bir qızdır, o insanları və onların niyyətlərini diqqətlə izləyir. Darcy isə ilk baxışda qürurlu və soyuq görünür, amma əsər boyunca onun dəyişə bilən tərəfini görürük.Kitabda mənim üçün maraqlı olan əsas məqam insanların qürur və ön mühakimələrinin onların münasibətlərinə necə təsir etməsi oldu. Darcy və Elizabethin aralarındakı münasibət sadəcə hisslər üzərində qurulmayıb, həm də düşüncə və anlayış tələb edir. Darcy öz qürurunu aşır, Elizabeth isə ön mühakimələrini bir kənara qoyur. Bu dəyişikliklər onları bir-birinə yaxınlaşdırır və göstərir ki, sevgi insanı təkcə hisslə deyil, həm də düşüncələrlə dəyişdirə bilər.Ümumilikdə, kitab mənə göstərdi ki, münasibətlərdə anlayış, dürüstlük və hörmət çox önəmlidir. Hər kəs öz qürurunu və ön mühakimələrini aşmağı öyrənməlidir ki, münasibətlər sağlam və davamlı olsun. Əsl sevgi insanı dəyişdirir, amma bu dəyişiklik başqası üçün deyil, özünü daha yaxşı tanımaq üçün olmalıdır. Qürur və Qərəz Jane Austen
1000Kitap
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 098bin okunma