Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
129 okur puanı
Mayıs 2024 tarihinde katıldı

Aydan Nemetova

, bir kitap okudu
4/10
·376 syf.·
Beğendi
·
22 günde okudu
·
2025 29. kitabı
İlqar Kamil
8.1/10 · 32 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Səndə elə xoşbəxtəm ki, özümə gəlməyim gəlmir...
Sayfa 225·Kitabı okudu
1000Kitap
Ümumiyyətlə, fikir verirdim, bir çox gənclərimizin mübahisəyə meyilliliyinin kökündə bu məsələ dayanırdı; onlar nələrisə unutmaq, hansısa onları incidən düşüncə və dərdlərdən azad olmaq istəyirdilər Beləcə sosial şəbəkələrdə, tində-bucaqda, çayxanalarda uzun-uzadı, heç bitməyən mübahisələrə girişir, başlarını qatırdılar. Yəni çox vaxt onları iqtidar-müxalifət, sünni-şiə, ateist-dindar ve.s bu kimi müxtəlif qruplarda qarşı-qarşıya qoyan-intellekt daxili yanğı, maarifləndirmə istəyi deyildi. Sadaca məşğuliyyət! Bu tip mübahisələrdən yaxşı nə məşğuliyyət ola bilərdi ki? Tərkibində həm mübarizə var, həm yüksək təkəbbür var. Hələ agressiyanı boşaltmaq, qalib gəlmə şansını demirəm. Onlar belə kiçik qələbələrlə həyatdakı uğursuzluqlarını ört-basdır etməyə, unutmağa çalışırdılar.
Sayfa 206·Kitabı okudu
1000Kitap
- "...Əsl azadlıq oğulun ataya haqlı etirazı ilə başlayar!" deyirdi Frans Kafka. Ədəb adı altında azadlığımızı əlimizdən aldılar, bizi kölə etdilər! Bəli, bəli, təəssüf ki, müsəlman şərqini bu hala qoyan amillərdən biri də ədəb məfhumunun mahiyyətinin təhrifi oldu. Amma sən qorxma, dostum, ədəb haqqı deməmək deyil, haqqı ədəb və nəzakət çərçivəsində deməkdir! Əgər iradın, etirazın, tənqidin məntiqli, əsaslı, haqlıdırsa, Allah arxandadır, demək, onu deməkdən çəkinmə; belə ədəbsizlik - elə, ədəblilikdən qat-qat üstündür!
Sayfa 160·Kitabı okudu
1000Kitap
Dostlar, bir az rahat olun, çıxarın əyninizdən bu sizi sıxan "ədəb" donunu. Zaman gəldi, gün keçdi, ədəb insanları susdurmaq üçün bir psixoloji təzyiq vasitəsinə çevrildi. Kiçiyin böyüyə haqlı etirazı oldu, "Ədəbsizlik eləmə!" deyib ağzının üstündən vurdular, tələbə ustadını yerli-yataqlı tənqid etmək istədi, "Ədəbsizlikdi" deyib, susdurdular. Ən yaxşı, ən sevimli tələbələr ustadının bütün haqsızlıqlarını "dahiyanə" təbəssümlə, əllərini sinələrinə qoymaqla yola verənlər oldu, etiraz edənlər həmişə təqib olundular. Zülmün üstünə getməyi bizə özləri öyrədən böyüklər onların zülmünə qar-şı səsimizi qaldırdıqda alnımıza "ədəbsizlik" yarlığı yapışdırdılar. Sən demə, onlar... həyəcandan udqundu -...Sən demə, onlar zülm deyəndə yalnız düşmən zülmünü nəzərdə tuturmuşlar
Sayfa 160·Kitabı okudu
1000Kitap