Mövlanaya görə isə, eşq bir axtarışdır. İnsan Uca Yaradıcıdan ayrı düşdüyü üçün bir qəriblik, yalnızlıq içindədir.Onu tapmayınca rahatlığı olmayacaq. Eynilə qamışlıqdan kəsilib qamışlardan ayrı düşən ney kimi. Var olduğu qədər, hər toxunuşda sızlayacaq. Sızlayacaq və sızladacaq.