Farid İsmailof

Farid İsmailof
@7ismailof
kitab oxumuramsa film logluyuram boxd.it/at9VT
bakalavr
Azərbaycan
5 Ekim 2006
15 okur puanı
Şubat 2025 tarihinde katıldı
İvan İliç, Tolstoy, Demolition
7/10
·83 syf.··
2026 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 02 Haziran 2026 00:00
İvan İliç obrazını 58 yaşı olanda yaradıb və düşünürəm ki, kitabda ölən İvan İliç 58 yaşına qədər içində səhv yaşadığı insanı öldürən Tolstoy'dur. Bu yaşlar onun böhran vaxtlarını yaşadığı anlardır və keçmişinə baxdıqda güclü yazıçı, mükəmməl uğurlar görür. Lakin ömrünü istədiyi kimi mi? yoxsa insanların gözündəki uğur çərçivəsinə layiq biri kimi mi? yaşayıb deyə özünə sual verir. Bildiyimiz kimi ömrünün sonuna yaxın o bütün sərvətindən əl çəkərək, yoldaşı olmadan, tək başına, təbiət ilə birgə şəkildə minimalist, sadə bir yaşam sürüb. O velosiped sürməyi qoca yaşlarında öyrənib. Səbəb kimi oğlunun müharibə zamanı ölməsi və onun yenilik axtarması kimi başa düşülür. Bu işə başlamaq üçün gecdir ifadəsinə qarşılıq Tolstoyun velosiped misalının verilməsidə buradan gəlir.Bundan əlavə dini baxışları dəyişdiyindən ,kilsədəki vəzifəsindən atılıb. Ölüm səbəbi sadə şəkildə ciyərinə su yığılması və qatar stansiyasında gözləyərək can verməsi kimi bilinir. Məzarı isə digər dahilər kimi şanlı deyildə Polyana'da meşənin içərisində sadə, əlavə nəsə olmadan yerləşdirilib. Bu kitabı oxuyanda bu kitabdakı mövzu ilə paralel "Demolition" filminin səhnələri gözümdə canlanırdı. Çünki oradada həyatını istədiyi kimi yaşamamış, cızılmış yol, axan suyun yolu ilə gedən bir gənc vardı və onun yoldaşı ölən zaman buna heç bir reaksiya verə bilməməsi də həmən yaşam stilindən qaynaqlanır. Öz hissləri ilə hərəkət edib,yaşamadığına görə hissizləşmiş və npc kimi bir davranışa malik təəssürat yaradırdı.
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202260,9bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
ümumi baxış
8/10
·208 syf.··
Beğendi
·
2026 8. kitabı
·
5 günde okudu
·
Okunma: 31 Mayıs 2026 07:43
Oxucunu kitabdan asılı vəziyyətə salan və oxunması ən asan kitablardan biri idi. Bu kitabı oxuduqda insan rahatlaşır və rahatlaşmaqla yanaşı oxuduğu səhifələr içərisində yeni məlumatlar öyrənir. Mən
Arzın Merkezine SeyahatJules Verne · İyigün Yayınevi · 196712,3bin okunma
5/10
·128 syf.··
2026 7. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Nisan 2026 04:38
Çevrilmə simvolikdir. Ailə arasında olan sevgi belə şərtidir. Əvvəl sadəcə Gregor işləyirdi o hərkəsə lazım idi. Ancaq sonra o işləmədiyinə görə ailədə ki, hər kəs qazanc üçün işləməyə başlayır və o lazımsız birinə çevrilir.Əgər cəmiyyət üçün faydalısansa dəyərlisən, deyilsənsə yox. Artıq heç kimin işinə yaramadığın an hər kəs də olan dəyərini itirirsən. İnsanların hamısı sənlə bir mənfəət uğruna əlaqə saxlayır. Kobudca demək istədiyi bu idi deyə düşünürəm.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyatı · 2017267,4bin okunma
Sujet xətti
4/10
·16 syf.··
2026 6. kitabı
Azərbaycan dilində tapa bilmədim deyə türkcə çevirisini oxudum lakin yazı stili bədii türk terminləri ilə sıx olduğundan biraz anlamaqda çətinlik çəksəmdə əlavə mənbələrdən də kömək alaraq kitabı tam təhlil edə bildim. Sujet belə irəliləyir.Pelayo evinin həyətində qanadlı qoca adam tapır, çirkli, zəif, anlaşılmaz. İnsan kimi görünür amma qanadları var. O və yoldaşı qorxur ancaq qonşu bu mələkdir deyir. Onu toyuq hinində saxlayır və camaat gəlir, baxır, ona yemək atır, daş atır. İnsanlar anlamadıqları şeyi tez alçaldır. Pelayo giriş pulu qoyur və insanlar axın-axın gəlir möcüzə biznesə çevrilir. Daha sonra hörümçəyə çevrilmiş qadın peydə olur və onun hekayəsi aydındır, danışa bilir.İnsanlar onu üstün tutur. İzah olunan möcüzəni seçir. Qocanın vəziyyəti pisləşir hamı onu unudur lakin yavaş-yavaş düzəlir. Bir gün qoca güclənib qanadlarını açır və uçub gedir. Elisenda rahatlayır onu itirdiyinə yox ondan qurtulduğuna sevinir. İnsanlar möcüzə istəyir amma real möcüzə gələndə onu tanımır, yaxşı bir şeyin dəyərini gec anlayır. Bəzən həyatında çox dəyərli şey olur lakin sən onu adi görüb keçirsən problem möcüzənin olmaması deyil onu görməyən insanlardır. O necə bu fürsəti dəyərləndirə bilərdi? Ona pul gözü, çıxar münasibəti ilə baxmasa idi. Real həyatdada insanlar çıxar əldə edə bilmədiyi, pul qazanmayacaqları düşündükləri fürsətləri dəyərləndirmir onları qırağa atırlar. Bəlkə də atdıqları onlara bəxş olunmuş möcüzə idi
A Very Old Man with Enormous WingsGabriel Garcia Marquez · 196840 okunma
6/10
·32 syf.··
2026 5. kitabı
Omelas utopiyadır. Yəni ideallaşdırılmış bir dünya hansı ki, burada indi yaşadığımız dünyada qarşılaşdığımız heç bir problemlə qarşılaşmırıq, heç bir mənfi hadisə baş vermir məs: müharibə kimi vəs,
The Ones Who Walk Away from OmelasUrsula K. Le Guin · Creative Education · 1997241 okunma