Solmaz Askerli

Solmaz Askerli
@ASolmaz009
Əslimi,nəslimi tanıyıram mən Qarışıq deyiləm özümdən hürkəm Sən kimsən,sən nəsən özün bilərsən Mən ilk qaynağımdan Türk oğlu TÜRKƏM!
Varislərlə müsahibələr
Puan vermedi·180 syf.··
2024 24. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Ağustos 2024 04:18
Kitabi bir nəfəsdə sıxılmadan oxudum.Çox maraqlı,gözəl işlənmiş kitabdı.İlk olaraq kitabı ərsəyə gətirən Hafiz Əhmədova və “Çapar” nəşriyyatına təşəkkür edirəm.Kitab Azərbaycan Xalq Cumhuriyyətinin varisləri ilə söhbət əsasında yazılıb.Kitabda qürurlandığım,sevindiyim anlar çox oldu,lakin kədərləndiyim anlar da oldu.Bəzi ədiblərimizin nəticələrinin onlar haqqında çox az bilməsi,evlərində uşaq vaxtdı “Ana dilində” danışılmaması məni dərindən üzdü.O insanlar Azərbaycan üçün yaşamışdılar və indi nəticələrinin çox az məlumat bilməsi çox üzücüdü.Sevindirən səbəblər də çoxdu.Bir çoxları gözəl işlər qurmuş hətta Azərbaycanı da təmsil edirlər bu çox qürurverici bir haldır.Atası erməni olan Əsadulla Surenin özünü Azərbaycanlı olaraq tanıtması da insanı içdən içə sevindirir.Ə.Suren deyir ki “Yaşasın Azərbaycan,yaşasın İran!”,mən də deyirəm ki “Yaşasın Cənublu Şimallı Azərbaycan!”
Varislərlə Müsahibələr - 1Hafiz Əhmədov · Çapar Yayınları · 02 okunma
Reklam
9/10
·352 syf.··
Beğendi
·
2023 22. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Temmuz 2023 06:07
Hər zaman yaradıcığına vurğun olub,şəxsiyyətinə kinayəli yanaşdığım bir insanla yenidən tanış oldum.Bildiklərimlə öyrəndiklərim arasında qaldım.Əgər Səməd Vurğun qeyd olunan kimi biri olubsa,yaxşı ki yaşayıb,yaxşı ki bizim Vurğunumuz olub.Kitaba gəldikdə isə bəzi yazıçılar yaxşı yazmışdı,bəzilərinin yazdıqları isə adamı yorurdu.Amma çoxluq yaxşı yazdığı üçün kitab oxunmağa dəyər.
İnceleme
Səməd Vurğun XatirələrdəKolektif · Xan Nəşriyyatı · 20188 okunma
Puan vermedi·144 syf.··
2023 19. kitabı
·
24 saatte okudu
·
Okunma: 02 Temmuz 2023 04:06
Anardan oxuduğum üçüncü əsərdi.Hər üç əsərdə də Anarın qələminin axıcılığını,rəvanlığını görmüşəm.Bu əsər digər oxuduğum iki əsərdən fərqli olaraq vətən mövzusunda idi,yenidən yazıçı ilə tanış oldum.Vətənə,türkçülüyə,türk tarixinə olan sevgisini bu əsərdə gördüm.Əsər iki nağıldan ibarətdi,birinci də xoşbəxt Azərbaycandan,ikinci də bədbəxt və acınacaqlı hala düşmüş Azərbaycandan danışır.Birinci nağılı oxuduqca nə qədər xoşbəxt olurdumsa ikinci nağılda bir o qədər kədərlənirdim.Məlik obrazının birinci nağılda təsvir etdiyi Azərbaycan güman ki,Anarın görmək istədiyi Azərbaycan idi,ikinci nağılda qarşılaşdığı hadisələr isə Mirzə Cəlilin “Anamın kitabını” mənə xatırladırdı.Ümumi olaraq əsəri bəyəndim,mövzu və ideyası,hadisələrə munasibətə,boşluq yaratmaması əsərdə sevdiyim nuanslardan idi.Hər kəsə oxumağı tövsiyyə edirəm.Tovsiyyə edəcəyim,digər bir şey isə öz tariximizi unutmamalı,hər zaman əslimizi,soyumuzu qəbul etməli və onun üçün daima çalışmalıyıq.
İnceleme
Ağ Qoç, Qara Qoç (Utopik və Antiutopik Nağıllar)Anar Rızayev · Qanun Nəşriyyatı · 2022192 okunma
Puan vermedi·224 syf.··
2023 14. kitabı
·
24 saatte okudu
·
Okunma: 22 Nisan 2023 02:46
Azərbaycan ədəbiyyatında bəyəndiyim sənətkarlardan biri İlyas Əfədindiyevdir.Onun qələminin axıcı,aydın və xalq danışıq dilinə yaxın olması,oxucalar da xoş təəssürat yaradır.”Söyüdlü arx” əsəri sujet xətti etibarı ilə çox gözəl və əvəzolunmaz bir əsərdi.Kitabı oxuduqca bütün səhnələri onlarla birgə yaşayırsan,Nuriyyə,Nəriman əmi,Murad və digərləri çox maraqlı obrazlardı.Kənd həyatından bəhs edən bu əsər,bir çox şeyləri insanlara öyərədə və aşılaya bilər.Bəzi kitablar var ki o kitabları bitirdikdən sonra boşluğa düşürsən,bu kitab mən də o hissi yaşatdı.
İnceleme
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,304 okunma
Puan vermedi·96 syf.··
2023 10. kitabı
·
4 günde okudu
·
Okunma: 10 Mart 2023 01:29
Rus edebiyatı derken aklıma bir kaç kişi geliyor bu kişilerden biri Tolstoy .Bu kitap bana çok şey katdı,iyilik ve sevginin bu hayatda her şeyi çöze bileceğini bir kez daha hatırlattı.Her kesin kesinlikle okuması gereken bir kitap
İnceleme
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234,1bin okunma
Reklam