Ena

Ena
Dr
Baku
14 Mayıs
49 okur puanı
Aralık 2020 tarihinde katıldı
10/10
·420 syf.··
Beğendi
·
2024 4. kitabı
·
28 günde okudu
·
Okunma: 21 Nisan 2024 12:01
Həqiqətən kitabın içində həyatı dəyişdirəcək sözlər və zikrlər toplanıb. Çox faydalı kitabdır. Həm islami psixoloji yöndən, həm də ibadət yönündən. İnsan həyatı enişli, yoxuşludur. Bir asanlıq, bir çətinlik ömrümüz boyu gəlir, gedir. Sıxıntı anında olan biriylə söhbət edir sanki kitab. Yol göstərir. Yol da təbii ki, yolların ən doğrusu Allaha yönəlmək. Həqiqətən Qəlblər sadəcə Allahın zikri ilə rahatlıq tapır. (Quran 13/28)
Din
Həyatı Dəyişdirəcək Dua Və ZikrlərYaşar Qurbanov · Ave Print · 20233 okunma
Reklam
Puan vermedi·256 syf.··
2023 3. kitabı
·
19 saatte okudu
·
Okunma: 17 Şubat 2023 12:13
Hər hadisənin sonunda olduğu kimi, burada da Müsyo Puaro çevik zəkası ilə hadisələri gözəl analiz edir. Cinayətlərin səbəbkarlarını psixologiyasından dəyərləndirib, nəticəyə gələn Puaro bu əsərdə də kartlara, oyuna olan münasibətləri diqqətə almışdır. Tək cinayəti yox, gerçək həyatda da ümumən hadisələri Puaro kimi dəyərləndirməyi istədiyimi gizlədə bilmərəm) Kitabın əvvəlində ən maraqlı əsər olduğu qeydə alınsa da, digər əsərləri ilə eyni dərəcədə dəyərləndirirəm. Hamısı çox maraqlıdır .
Masadakı KartlarAgatha Christie · 20183,233 okunma
Puan vermedi·264 syf.··
2023 2. kitabı
·
11 günde okudu
·
Okunma: 24 Ocak 2023 19:50
Müəllifin dediyinə görə həqiqətən yaşanmış bir həyat üzərinə yazılmışdır... Səyahət əsnasında qarşılaşmış və münasibətləri möhkəmlənmiş iki insanın hekayəsi... Yaşarkən daim öyrənməyi anladan bir həyat hekayəsi... Öyrənməyi sadəcə kitablardan yox, gəzməklə, insanlarla münasibətlə, öz yaşadıqlarından istər sevinciylə, istər kədəriylə barışıb, dərs çıxarmaqla göstərən bir həyat hekayəsi...
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20217,7bin okunma
Puan vermedi·258 syf.··
2023 1. kitabı
·
60 günde okudu
·
Okunma: 22 Ocak 2023 20:44
Kitab Jose Silvaya aid xüsusi bir metoddan bəhs edir. Metodun əsasını "zehni daha çox necə istifadə etmək olar?" - sualına araştırılmış cavablar təşkil edir. Bu araştırmalar psixiatrik xəstələr, psixoloji problemi olan və ya heç bir narahatlığı olmayan insanlar üzərində aparılmışdır. Müəllif zehni idarə etməyi bacarmaqla meditasiya, yaddaşı gücləndirmək, tez öyrənmə, daha sağlam olmaq, problemlərin həlli, xəyal gücü, sözlərin təsiri kimi mövzuları açıqlamışdır. Oxuyub keçmək yox, tətbiq edilərək gedəcək bir kitabdır. Hətta daha geniş təlimləri də varmış. Kitabın daha çox hissəsi zatən bu təlimlərin insanlar üzərindəki təsirindən bəhs edir. Türkiyədə mövcuddur. Maraqlı kitabdır. Oxumağa , qismət olsa tətbiq etməyə dəyər ))
Zihin KontrolüJosé Silva · Alfa Yayınları · 2024180 okunma