Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Nəfsim əlində olana and olsun ki, yaxşı işləri əmr edib pis işlərdən çəkindirəcəksiz, ya da Allah sizə elə bir əzab göndərəcək ki, Ona dua etsəniz belə qəbul olmayacaqdır".
Sunən ət-Tirmizi,2169 Albani Səhih olduğunu bəyan edib.
Fudeyl ibn İyad ( r.h) demişdir : Peşman olmadan istiğfar diləmək yalançıların tövbəsidir. Rabiəh əl-Ədəviyyəh (r.h) demişdir : Bizim istiğfarımızın da istiğfara ehtiyacı var.