- Di, əlvida, qardaş. Sağ-salamat ol. Heç vaxt başqalarından
irəliyə dürtülmə, çünki beyni qızanları əcəl çox tez tapır! Özünü
orada gözlə!- deyə Petro qışqırdı. Mihail ŞolohovSakit Don - Birinci Kitab
O,yalnız bir şeyə - kitab almağa pul əsirgəməzdi. Sergey Platonoviç oxumağı, sarı sarmaşıq kimi hər tərəfə
qol atan zəkası ilə hər şeyə dərindən bələd olmağı sevirdi.
Mihail ŞolohovSakit Don - Birinci Kitab