Abdulzadə Fatimə

Abdulzadə Fatimə
@Abdulzade
İnsanlardan örülmüş duvarlar içindeyim.
Lənkəran Dövlət Universiteti
Azərbaycan
Biləsuvar
10 okur puanı
Kasım 2022 tarihinde katıldı
Puan vermedi·247 syf.··
2023 17. kitabı
·
5 günde okudu
·
Okunma: 12 Eylül 2023 15:38
Malcolm X qaradərili millətçisidir. Ölümünə qədər irqçiliyə qarşı mübarizə aparmış və bir çox çıxışlar etmişdir. Elə kitab da onun çıxışlarından ibarətdir. Qaradərililərə qarşı irqçiliyə qarşı çıxsa da ağdərililəri "şeytan" olaraq gördüyünü hər çıxışında dilə gətirirdi, National of Islam hərəkatına üzv olduğu dövrdə Elijah Muhammedin bütün fikirlərini sorğulamadan dəstəkləyirdi. Prezident Kennedy sui-qəsdlə öldükdən sonra Elijah Muhammed və Malcolm X ayrı-ayrılıqda müsahibə verirlər və müsahibələri bir-birinin tam əksini təşkil etdikdən ötürü basqılarla üzləşir, daha sonra üzv olduğu hərəkatın başçısı Elijah Muhammedin qanundan kənar münasibətləri ortaya çıxdıqdan sonra ondan soyuyur və hərakatdan ayrılır. Hərəkatı tərk etdikdən sonrakı çıxışı ən məşhur çıxışlarından biri olur. 1964-cü ildə Hacc ziyarətinə gedir və ağdərili insana qarşı fikirləri dəyişir. Hərəkatdan ayrıldıqdan sonra ölüm təhdidləri ilə özləşir və 1965 -ci ildə sui-qəsd nəticəsində həyatını itirir.
Biraz AksiyonMalcolm X · Pınar Yayınları · 2018372 okunma
8/10
·136 syf.··
2023 3. kitabı
·
25 saatte okudu
·
Okunma: 06 Ocak 2023 00:00
Kitabı oxumağa başladığımda təkcə 2-ci dünya müharibəsi ilə üzbəüz qalan xalqın çətinliklərindən bəhs edən bir kitab olduğunu düşünmüşdüm. Oxuduqca tək mövzunun bu olmadığını başa düşdüm. Bəhs edilən qadın və ana xarakterinə böyük heyranlıq duydum. Oxuduğumuz zaman müharibənin dəhşəti hissedilir. Oxumağa dəyər bir kitab idi.
Toprak AnaCengiz Aytmatov · Ötüken Neşriyat · 202277,7bin okunma