Malcolm X qaradərili millətçisidir. Ölümünə qədər irqçiliyə qarşı mübarizə aparmış və bir çox çıxışlar etmişdir. Elə kitab da onun çıxışlarından ibarətdir. Qaradərililərə qarşı irqçiliyə qarşı çıxsa da ağdərililəri "şeytan" olaraq gördüyünü hər çıxışında dilə gətirirdi, National of Islam hərəkatına üzv olduğu dövrdə Elijah Muhammedin bütün fikirlərini sorğulamadan dəstəkləyirdi. Prezident Kennedy sui-qəsdlə öldükdən sonra Elijah Muhammed və Malcolm X ayrı-ayrılıqda müsahibə verirlər və müsahibələri bir-birinin tam əksini təşkil etdikdən ötürü basqılarla üzləşir, daha sonra üzv olduğu hərəkatın başçısı Elijah Muhammedin qanundan kənar münasibətləri ortaya çıxdıqdan sonra ondan soyuyur və hərakatdan ayrılır. Hərəkatı tərk etdikdən sonrakı çıxışı ən məşhur çıxışlarından biri olur. 1964-cü ildə Hacc ziyarətinə gedir və ağdərili insana qarşı fikirləri dəyişir. Hərəkatdan ayrıldıqdan sonra ölüm təhdidləri ilə özləşir və 1965 -ci ildə sui-qəsd nəticəsində həyatını itirir.