Həyatın ağırlığından, keçmişin məyusluğundan, gələcəyin bulanıqlığından yorulan, yerdən də, göydən də əlləri üzülən insanlar yerlə göy arasında olan naməlum, amma güclü varlıqlara, onlarla əlaqəyə girə bilən adamlara şiddətli ehtiyac hiss edirdilər.
Yaşadığı binanın on altıncı mərtəbəsindən yıxıldığı deyilən mərhumun ölüm səbəbi hələ ki məlum deyil. Ölüm səbəbi? Nə fərqi var səbəbin? Ölmədimi? Öldü. Niyə hər ölümün bir səbəbi olmalıdır? Niyə hamımızı ölümün özündən çox səbəbi maraqlandırır?
Ədəbiyyat, kitablar insanları dəyişir. Amma bir şərtlə ki, insanın özü ya şüurlu surətdə, ya da təbiəti etibarilə dəyişməyi istəsin. Əks halda, oxuduğumuz kitablardakı sözlər bizə heç nə verməyəcək.
Böyük uşaqlar yeni gəlmiş, dünyadan xəbərsiz göyçək bir qızı tutub həyəcandan, ehtirasdan ağlını itirmiş oğlanın yanına, armudlu düzəngahına aparıb yerə yıxırdılar, oğlan isə qızı vəhşi kimi zorlayırdı. Yerdə qalanlar, qızlı-oğlanlı, - qızın əl-ayağını tutur, oğlan işini bitirənə qədər beləcə dururdular. Lela qızların ağlamağına tab gətirmirdi, onların bağırmağına dözə bilmirdi, uşaqlar isə qızların ağzını tuturdular ki, səsi çıxmasın... Qızların cızılmış ayaqlarına, cırmaqlanmış sifətlərinə, qana baxanda ürəyi bulanırdı. Oğlan işini bitirəndən sonra ayağa durur, uşaqlar yerə sərilmiş qızı buraxıb yenə heç nə olmamış kimi haradasa stadion ərazisində oynamağa tələsirdilər. Qız ayağa qalxır, paltarını düzəldir, əvvəl bir qədər tək qalır, sonra yenə uşaqlara qarışır, onlarla birlikdə həyatını davam etdirirdi.