Fariz Namazlı

Fariz Namazlı
Puan vermedi·240 syf.··
2026 24. kitabı
Romanın baş qəhrəmanı Şahin İsgəndərli xaricdə fəaliyyət göstərən azərbaycanlı diplomatdır. Uzun illər ərzində həyatını müəyyən bir qaydaya saldığını düşünən səfir gözlənilməz bir xəbərdən sonra keçmişinə qayıtmağa məcbur olur. Hadisələr elə bu xəbəri aldıqdan bir gün ərzində baş verir, daha doğrusu baş qəhrəmanın keçmişi, xatirələri canlanır.
Cənubda Ən Uzun GünRəşad Səfər · Park Nəşriyyatı · 20264 okunma
Reklam
Puan vermedi·336 syf.··
Beğendi
·
2026 23. kitabı
Ukrayna yazıçısı Andrey Kurkovun Grey Bees (Gri Arılar) romanı 2014-cü ildə başlayan Donbas müharibəsi dövrünə aiddir. Romanın hadisələri Ukraynanın şərqindəki Donbas bölgəsində, Ukrayna hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında gedən silahlı münaqişə fonunda cərəyan edir. Bu müharibə nəticəsində bəzi yaşayış məntəqələri cəbhə xətti arasında qalmış və "boz zona" adlandırılan ərazilərə çevrilib. Əsərin qəhrəmanı Sergeyiç də məhz belə bir kənddə yaşayır və müharibənin adi insanların həyatına təsirini öz gündəlik həyatı vasitəsilə göstərir. O, nə siyasi mübarizənin içindədir, nə də ideoloji tərəf tutur. Onun əsas qayğısı arılarını və öz həyatını qorumaqdır. Bu kənddə cəmi 2 sakin qalıb. Əsəri oxuyanda gürcü filmi “Mandarinlər” filmi yada düşür, amma burada filmdəki kimi iki düşməni bir evdə saxlamaq söhbətləri yoxdur. Əsərin qəhrəmanının fikri sadəcə öz arılarını qorumaqdır. Əsərdə arılar simvolik məna daşıyır. Arılar sərhəd, milliyyət və ya siyasi mövqe tanımırlar; onlar sadəcə yaşayır və öz işlərini görürlər. Bu baxımdan arılar insanlardan fərqli olaraq müharibənin yaratdığı nifrət və bölünmədən uzaqdırlar. Müəllif onların vasitəsilə təbiətin saflığını və həyatın davamlılığını vurğulayır. Əsərin əsas mesajlarından biri budur ki, müharibə insanı ucaltmır; sadəcə onun nəyə tutunduğunu üzə çıxarır. Sergeyiç üçün bu dayaq nöqtəsi arılarıdır. Onları qorumaq cəhdi əslində insanlığını, ümidini və yaşamaq istəyini qorumaq cəhdidir.
Gri ArılarAndrey Kurkov · Siren Yayınları · 202575 okunma
Puan vermedi·220 syf.··
Beğendi
·
2026 22. kitabı
Gürcü yazıçı və kinorejissor Nana Ekvtimishvili tərəfindən yazılmış “Armudlu düzəngah” əsəri Tiflisdə mövcud olan internat uşaqları haqqındadır. Əsəri sadə və qısa roman təsiri bağışlayır. Amma oxuduqca anlayırsan ki, bu kitab əslində təkcə bir internatın yox, bütöv bir cəmiyyətin faciəsini göstərir. Əsərdə SSRİ dağıldıqdan sonra Gürcüstanın sosial vəziyyəti, yoxsulluq, insanların mənəvi yorğunluğu və ən çox da uşaqların müdafiəsizliyi ön plana çıxır. Armudlu düzəngah sadəcə məkan deyil, simvoldur, yarımçıq qalmış uşaqlığın, puç olmuş ümidlərin, kədərli həyatın simvolu və zorlanmış həyatların şahidi olduğu yer. Bataqlıq torpaqda bitən, amma dadsız və sərt olan armudlar internat uşaqlarının taleyinə bənzəyir, yaşayırlar, amma həyatın dadını hiss edə bilmirlər. Romanın əsas qəhrəmanı Lela internatda böyümüş bir qızdır. Yaşı çoxdan oranı tərk etməyə çatsa da, gedəcək yeri olmadığı üçün orada qalır. O həm öz travmaları ilə yaşayır, həm də kiçik uşaqlara sahib çıxmağa çalışır. Əsərdəki uşaqların çoxu əqli cəhətdən zəif hesab olunur, amma onların əsl problemi xəstəlik deyil, onlar sadəcə yoxsulluğun, ailəsizliyin və sistemin qurbanıdırlar. Cəmiyyət əvvəl onları unudur, sonra isə onlara problemli damğası vurur. Kitabın dili çox sadə və axıcıdır. Uzun təsvirlər və dərin fəlsəfi düşüncələr yoxdur. İnternat evinin uşaqları sadəcə həyatda qalmağa çalışırlar. Kədərlənsələr belə uzun müddət ağlamırlar, tez də sakitləşirlər. Müəllif bunu bir neçə misalda göstərir. Döyülən, zorlanan uşaq heç nə olmamış kimi sakitləşir, həyatın axarına düşüb digər uşaqlara qoşulub oynamağa başlayır. Əsərdə çox ağır mövzulara toxunulsa da, müəllif insanlara ümid verməyə çalışıb.
Armudlu DüzəngahıNana Ekvtimishvili · Yay Nəşriyyatı · 2020132 okunma
Puan vermedi·159 syf.··
2026 21. kitabı
Masumlar romanı insanın ağrısından, sürgündəki həyatından, keçmişindən bəhs edir. Əsər “Mənim vətənim uşaqlığımdır və mən böyüdükcə ondan uzaqlaşdım, uzaqlaşdıqca o da içimdə böyüdü” cümləsi ilə başlayır. Müəllif burada insanın doğulduğu torpaqdan uzaq düşsə belə, keçmişindən və uşaqlığından heç vaxt ayrıla bilmədiyini göstərir. Romanın əsas qəhrəmanı Brani Tawo siyasi səbəblərə görə Türkiyəni tərk edib İngiltərəyə sığınmış biridir. Cambridge şəhərində o, iranlı Feruzeh ilə tanış olur. Hər ikisi öz ölkələrindən uzaqda, yad bir mühitdə yaşamağa çalışan, keçmişlərinin ağırlığını daşıyan insanlardır. Onlar sürgündə bir-birlərinə dayaq olur, ağrılarını paylaşırlar. Romanda tez-tez vurğulanan “İnsan insanın sığınağıdır.” fikri də əsərin əsas mesajlarından biridir
MasumlarBurhan Sönmez · İletişim Yayıncılık · 2018882 okunma
Puan vermedi·160 syf.··
2026 20. kitabı
Türk aktyoru Nejat İşler bu kitabda 6 fərqli hekayə yazıb. Müəllif ağır sözlərdən istifsfə eləmir, insanın daxili dünyası, düşüncələrinə daha çox fokuslanır. Hamısı olmasa da, bəzi hekayələri maraqlı idi
Ben Hep Senin YanındaydımNejat İşler · Mundi Kitap · 20191,321 okunma
Reklam