Bu heykəli mənə xalq ucaldıb? Əlbəttə, yox.
Hamı bilir ki, bu monument mənim əmrimlə hazırlanıb
Və burada da mənim əmrimlə yerləşdirilib.
O, mənə əbədiyyət qazandırmır. Bilirəm:
Gün gələcək və bu mərməri dağıdacaqlar.
Mən heç də sağlığımda siz mənə ölümümdən sonra
Ucaltmayacağınız heykəli ucaltmaq məqsədi güdmürəm.
Bəs onda nə üçündür bu heykəl?..
Onun üçündür ki, mənim cismimə nifrət edənlərin gözünü
Yəni, hamınızın gözünü bu abidə qabar etsin!”
(Ernesto Kardinal)
Vəssalam - budur diktatorların mütləq uçurulacağına əmin olduqları heykəllərin psixoloji izahı:
Baxın və yanın, hələ nifrət edə-edə baş da əyin!.