Əslən yapon olan, amma uşaqlıqdan İngiltərədə yaşayan Kazio İşiquro bu əsərində II Dünya müharibəsindən sonra Yaponiyada baş verən yenilikləri Ono adlı bir rəssamın gözündə canlandırır. O, gəncliyində imperiya dövrünün ideologiyasını təbliğ edən sənət əsərləri yaradıb və buna görə sonradan mənəvi məsuliyyət hissi keçirir.
Müəllif Yaponiyada yaşamadığından əsərdə yapon ruhu, yapon mədəniyyətini göstərə bilməyib.
Tutaq ki, həyatımız arzuladığımız kimi alınmayıb. Daim keçmişə baxıb özümüzü günahlandırmaqla nə qazanacağıq? Onsuz da biz sadə adamlar taleyimizi tarixin təkərini hərəkətə gətirən böyük centlenmenlərə həvalə edirik. İndi keçmişdə edə bilmədiklərimizi, öz həyatımızın ağası olmağı bacarmamağımızı xatırlayıb yasa batmağın nə mənası var?