05.06.190♾️🩷
Müşfiq özü şeirlə nəfəs alırdı, onun bütün varlığı başdan-başa şeir idi. Mən də şeirlə yuxudan oyanır, şeirlə söhbət edir, şeir dinləyə-dinləyə də yuxuya gedirdim.
Tale bunu da çox gördü mənə. Müşfiqi məndən, məni Müşfiqdən ayırdılar...
Alışıb yanıram, Müşfiqim, sənsiz,
Qalmışam dünyada yalqız, kimsəsiz.
Günəşli gündüzlər boran görünür,
Dünya başdan-başa duman görünür.
Sən vətən eşqini müqəddəs tutdun,
Unudarmı səni bu ana yurdun?!
Mən bir parça işıq, sən bir pərvanə,
İndi də qalmışam mən yana-yana.
Dilbər Axundzadə "Müşfiqli Günlərim" kitabında yazdığı sözlər.
Allah sənə rəhmət etsin əvəzi olunmaz şair💜