Bunun adı sevgi idi. Bir qadının bir kişiyə olan ən çılpaq hissi. O hiss ki, hətta anasının yanında çılpaq gəzməkdən çəkinən bir qızı bir kişinin qarşısında utanmadan soyundura bilir. O hiss ki, yeri gələndə adamı bütün doğmalarından da imtina etdirə bilir. O hiss ki, adamı ömür boyu axtarmağa, gözünə dəyən hər kəsdə və hər yerdə onun əlamətlərini görməyə, zərrə qədər də olsa oxşamayanların belə hansısa hərəkətlərində nəsə bir bənzərlik oxşar cizgi tapmağa vadar edir.
Kitabı 5 yaxud 6-cı dəfədir oxuyuram. İlk oxuduğumda, hələ kitabı oxuyub bitirmədən " kitabın adı ilə hekayəsinin nə əlaqəsi var ? " deyə düşünürdüm özlüyümdə. Bir nəfəsdə oxuyub bitirmək istəsəm də, bir yandan da sonlandırmaq istəmirdim. Hər oxuduğumda şok, təəssüf və sözlərlə belə ifadə edə bilməyəcəyim qarışıq hisslər keçirirəm. Oxuduqlarımı qəbullana bilməməyim, " bu necə ola bilər axı ? " demələrim kitabı sonlandırmamı yavaşlatdı.
Bu hekayənin gerçəkci olması da bir yandan məni çox incitdi. Kaş o çarəsiz Bendy Vuenə yardım etmə şansım olsaydı...
Əgər sən yağış yağarkən boynuna düşən yağış damlalarından narahat olub boynunu büzürsənsə, xoşbəxtsən. Xırda şeyləri problem edə bilirsən, çünki böyük problemlərin yoxdu.