Unutma, yenidən və yenidən geriyə baxma, çünki həyat
dəyişməyə davam edir. Sabah, bu gün etdiyin şeyin səhv olduğunu düşünə bilərsən. Bu gün səhv deyil, amma sabah səhv görünə bilər.
Geriyə baxmağa ehtiyac yoxdur, həyat davam edir. Amma daima
yan güzgülərə baxan çoxlu sürücü var. İrəliyə doğru gedirlər,
amma geriyə baxırlar, onlar qəzaya uğrayacaqlar.
İrəliyə bax. Keçdiyin yolu keçmisən, bitib. O haqda daha
düşünmə. Mənasız yerə özünü keçmişlə yükləmə. Oxuduğun
fəsilləri bağlamağa davam et, yenidən və yenidən geriyə dönməyə
ehtiyac yoxdur. Gələn yeni baxışlara əsasən keçmişi heç vaxt
mühakimə etmə, çünki yeni yenidir, müqayisə edilmədən yenidir.
Köhnə öz şəxsi kontekstində və yeni öz şəxsi kontekstində
doğrudur və müqayisə edilə bilməzlər.