Aida Hamid

Aida Hamid
@Aido

Aida Hamid

, bir kitap okudu
Puan vermedi·368 syf.·
2021 24. kitabı
Jane Austen
8.4/10 · 97,9bin okunma
Reklam

Aida Hamid

, bir kitap okudu
Puan vermedi·351 syf.·
25 saatte okudu
·
Okunma: 15 Mart 2021 16:20
·
2021 23. kitabı
Varis
8/10 · 1.290 okunma
İnsanlar özlərini sevmədiyi halda başqalarını sevməyə cəhd edirlər. Digərlərini necə sevəcəksən? Səndə olmayan bir şeyi paylaşa bilməzsən. Sadəcə, özündə olanları başqasına verə bilərsən. Beləliklə, sevgiyə gedən ilk və ən təməl addım içərisində öz olmadan özünü sevməkdir.
Olmaq istəmədiyin bir şey olmaq, birlikdə olmaq istəmədiyin bir adamla olmaq, etmək istəmədiyin bir şeyi etmək bütün bədbəxtliklərin təməlidir. Cəmiyyət bir tərəfdən hər kəsi bədbəxt edir, eyni cəmiyyət digər tərəfdən isə bu bədbəxtliyi – ən azından ictimai və açıq şəkildə göstərməməyini tələb edir. Bu sənin şəxsi məsələndir. Amma onlar yaradıblar! Bu əslində ictimai bir məsələdir, özəl deyil. Səni bədbəxt günə qoyan bu cəmiyyət sonda sənə belə deyir: “Sənin bədbəxtliyin sənə aiddir. Buna görə də çölə çıxdıqda gülümsə. Qəmgin üzünü heç kimə göstərmə”. Bunu etika, tərbiyə, mədəniyyət adlandırırlar. Amma bəsit şəkildə desək, bu ikiüzlülükdür.
Həyat haradasa səni gözləmir, o daxilində baş verir. Gələcəkdə çatacağın bir şey deyil, o indi, burada, bu dəqiqədədir – nəfəs alış-verişində, qanında dövr edir, ürəyində döyünür.