-Dediyim odur ki, öz həyat cığırınla gedərkən sevinməlisən, heç vaxt qarşısıalınmaz həyəcanın vacibliyini unutma. Hər bir canlı varlığın gözəlliyinə heç vaxt etinasız olma. Bu gün bu anda səninlə çox gözəl bir hədiyyəni paylaşıram. Həmişə ruhlu, şən, hər şeylə maraqlanan ol. Fikrini məqsədinə yönəlt, başqalarına fədakarcasına xidmət et. Kainat yerdə qalan hər şeyin qayğısına qalar. Bu, təbiətin ən doğru qanunudur. Həm də çalış heç vaxt keçmişdə baş verənlərə görə peşman olma. Daha dəqiqi, kainatda xaos yoxdur. Həyatında nə baş veribsə, yaxud nə baş verəcəksə müəyyən məqsədlə baş verib. Sənə dediklərimi unutma, Con! Hər bir təcrübə dərsdir. Elə isə, xırda şeylərə vaxt sərf etmə. Həyatından həzz al.
- Əlbəttə sadədir. Bu axşamdan başlayaraq həyatına nəzarət et. Birdəfəlik başa düş ki,sən öz taleyinin yaradıcısısan.Öz yolunla get. Özünü kəşf et,dəyişmə təcrübəsinin sevincini duy.
-Bu sadə söz onlara mənanın dərinliyi kimi, onların söhbətinin dadıydı. Haqqında danışdığım söz Ehtirasdır. Sən bu sözü məqsədinə doğru gedərkən beyninin ekranından asmalısan. Ehtiras sənin xəyallarını yanacaqla təchiz edən qüvvədir. Biz bəzən nəyisə etməli olduğumuz üçün etmirik. Biz ona görə edirik ki, onlan etməli olduğumuzu duyuruq. Bu, əzabın formulasıdır. Romantik ehtirasdan danışmıram, halbuki bu da uğurlu, ruhlu mövcudluq üçün başqa bir elementdir. Haqqında danışdığım həyat üçün Ehtirasdır. Hər səhər enerjili, həyəcanla yuxudan durmağın sevincini izah et Ehtiras nəfəsini istədiyin hər şeyə əlavə et. Onda sən maddi və mənəvi nəticələri görəcəksən.