Aisha

Aisha
@Aishaa__
Engineer
2 okur puanı
Şubat 2026 tarihinde katıldı
Çox vaxt bizə elə gəlir ki, başqaları üzərində təcrübə qazanırıq, əslində isə təcrübəni öz üzərimizdə qazanırıq.
Reklam

Aisha

, bir kitap okudu
Puan vermedi·280 syf.·
2026 3. kitabı
Oscar Wilde
8.2/10 · 99bin okunma
Düşünürəm ki,bunu belə izah etmək olar: həyatda çox vaxt əsl faciələr elə qeyri-estetik forma alır ki, bizi öz kobud azğınlığı, son dərəcə məntiqsizliyi və mənasızlığı, zəriflikdən belə əlamət olmaması ilə incidir, əzab verir. Onlar bizə vulqar təsiri bağışlayır. Onlar bizə yalnız heyvani hisslər bəxş edir və biz buna qarşı üsyan edirik. Lakin bəzən də biz həyatda elə dramlarla qarşılaşırıq ki, orada bədii gözəllik elementlərini görürük. Əgər bu gözəllik həqiqi gözəllikdirsə, onda hadisələrin dramatizmi bizə təsir edir və biz qəflətən görürük ki, artıq aktyorlar deyil, sadəcə, faciənin tamaşaçısı qismindəyik. Ya da həm aktyoruq, həm də tamaşaçı. Biz öz-özümüzü seyr edirik və bu mənzərənin son dərəcə qeyri-adiliyi bizi valeh edir.
Ən gözəl gülü yetişdirmək üçün gərək əziyyət çəkəsən;çiçəklərin açılması doğuş ağrıları kimi bir şeydir, gərək onu da yaşayasan ki,doğula biləsən.