İnsanlar həyatın onları daim eyni qüvvə ilə sıxmasına alışmışdılar, ona görə də heç bir yenilikdən yaxşı nəticə gözləmir, belə hesab edirdilər ki, bütün dəyişikliklər məşəqqəti daha da artıra bilər.
Həyat həmişə belə idi, həmişə ildən-ilə bulanıq su kimi bir qaydada və ağır-ağır haraya isə axıb gedirdi; insanlar da hər gün eyni şeyləri düşünməyə və eyni işləri görməyə çoxdan adət etmişdilər. Heç kəs bu həyatı dəyişməyə təşəbbüs eləmək arzusuna düşmürdü.