Qəribədir ki, əllərini və başını məşğul edəcək bir iş tapanda keçmişdən ayrılmağı necə də tez öyrənirsən. Hər şeyə, hətta ən dəhşətli ağrıya belə dözmək olar. Bircə başını qatmağa bir şey olsun.
Onu başa düşmək mümkün deyilsə, insanın dərk etməsi üçün ona imkan verilməyibsə, bunun üçün cavabdeh olmaq da çətindir. Bir halda ki belədir, onda Allahın əsl iradə və qanunlarını başa düşə bilmədiyim üçün məni nəyə görə mühakimə edəcəklər?
Bir adamın burnundan yaxud alnından ziyil çıxanda ona daim elə gəlir ki, dünyada hamının dərdi-çoru bu ziyilə tamaşa etməkdən, onu lağa qoyub gülməkdən ibarətdir, həm də bu adam eyni zamanda Amerikanı kəşf etmiş olsa da, bu ziyil üçün onu töhmətləndirəcəklər.