Vüqar Akhmedov

Vüqar Akhmedov
@AkhmedovV
Bakı
11 Mayıs 2002
7 okur puanı
Haziran 2019 tarihinde katıldı
Puan vermedi·424 syf.··
2026 4. kitabı
·
20 saatte okudu
·
Okunma: 03 Mayıs 2026 14:45
İnsanın emosiyaları hər zaman dəyişir.Yalnız bir hiss varki bütün hisslərə güc gələrək insanın bütün çətin vəziyyətlərdə kömək ola bilir.O hiss insanın ruhsal bünövrə,başlanğıcıdır. Həyat ikiliklər (dualizm) üzərində qurulub Bu, əslində əsərdəki xeyir və şər, ümid və çarəsizlik, həyat və ölüm arasındakı o nazik xətti izah edir.Bu xəttlər bir birini tamamlayır Sevgi və nifrət bir medalyonun iki üzü kimidir Necə ki, işıq olmasa kölgənin mahiyyəti bilinməz, çətinliklər və nifrət mərhələləri də sevginin saflığını sübut etmək üçün bir zülmət rolunu oynayır. Sevginin itməməsi, sadəcə hirsə və ya nifrətə çevrilməsi fikri fiziki qanunlara bənzəyir: Heç bir enerji yox olmur, sadəcə formasını dəyişir.Bu məntiqə görə, insan birindən nifrət edirsə, deməli hələ də ona qarşı laqeyd deyil. Laqeydlik sevginin ölümü, nifrət isə onun yanar halıdır. Əsərdəki obrazların daxili çəkişmələri də məhz bu yanar sevgidən doğan ağrılardır. İnsan bu dünyada çətinliklərlə ucalır və ən böyük sevgi məhz o relslərin üzərindəki çarəsizlik anında verilən fədakar qərarlarla sübut olunur və ən mənalı həyat bu zaman ortaya çıxır
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma