Vüqar Akhmedov

Vüqar Akhmedov
@AkhmedovV
Bakı
11 Mayıs 2002
7 okur puanı
Haziran 2019 tarihinde katıldı
sevginin gücü və yaranışın möhtəşəmliyi 2
Biz həmişə şəxsiyyətimizin sərhədlərini həddindən artıq daraldırıq! Biz yalnız fərdi, hansısa fərqli xüsusiyyətlərə malik olanları şəxsiyyətimizə aid edirik. Amma hər birimiz dünyada mövcud olan hər şeydən ibarətik; və bədənimizin şəcərə inkişafı balıqlara qədər, hələ ondan da o yana gedib çıxdığı kimi, ruhumuz da nə vaxtsa yaşamışların ruhundakılardan ibarətdir. İradəsiz şəkildə sonsuz məchulluğa uça bilərsən, necə ki, bunu dəlilər edirlər. Sizə küçədə rastlaşdığınız insanlardan daha dərin hissiyyat verilib, yalnız lazımi açar, lazımi sükan olmadan siz uçuruma gedərsiniz. Amma siz Sinklersiniz, vəziyyətdən çıxa biləsiniz! Necə? Yəqin bundan hələ xəbəriniz yoxdur. Yeni orqanı, tənəffüs tənzimləyicisini söyləyirəm. Bax, görürsünüz, ruhunuz öz ənginliyində necə də «şəxsidir». O ki bu tənzimləyicini kəşf eləmir! O yeni deyil! O, borc alınıb, o, min illərlə mövcuddur. O, balıqlardakı tənzimləyici orqan, üzgəc qovuğudur. Həqiqətən də, indinin özündə belə bəzən qəribə və qədimi balıq növünə rast gəlinir ki, onların üzgəc qovuğu eyni zamanda ağciyər rolunda çıxış edir və lazım gələndə onunla nəfəs alırlar. Sizsə, əksinə, yuxuda öz ağciyərlərinizdən üzgəc qovuğu kimi istifadə etmisiniz!
Sayfa 166·Kitabı okudu
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
sevginin gücü və yaranışın möhtəşəmliyi
Sizi uçmağa məcbur edən qüvvə hər birimizdə mövcud olan insaniyyət şəcərəsinin mülküdür. Bu, istənilən gücün mənbələri ilə bağlı bir hissdir, amma o, tez bir zamanda adamı qorxuya salır! O, dəhşətli dərəcədə təhlükəlidir! Məhz bu səbəbdən çoxları uçuşdan imtina edib səkiylə, qanunlarda nəzərdə tutulan qaydada getməyə üstünlük verir. Sizsə artıq cızıqdan çıxmısınız. Siz irəliyə, uzaqlara uçursunuz. Və bu zaman gözlənilməz kəşf edirsiniz — tədricən uçuşa yiyələnirsiniz. Bu da azmış kimi, sizi aparan ümumi gücə hansısa nazik, balaca, öz şəxsi gücünüz, hansısa orqan, hansısa sükan qoşulub! Bu, təəssüratımızın məhsuludur, yoxsa daxildən gəlir? Bu təlimlərdə özümüzü heç vaxt olmadığı qədər sonsuz, yaradıcı hiss edirik. Eyni zamanda, ruhumuzun dünyanın yaranışında necə möhtəşəm rola sahib olduğunu anlayırıq. Bundan savayı, bizdə və təbiətdə eyni bölünməz ilahi qüvvə hərəkət edir və sanki ətraf dünya dağılsa belə, bizlərdən kimsə onu yenidən yarada bilər. Belə ki, dağ, çay, ağac, yarpaq, kök və çiçək — təbiətin yaratdıqları artıq çox əvvəllər içimizdə boy atıb, öz başlanğıcını ruhumuzdan götürür. Onun məğzi əbədiyyətdir; o məğz bizlərə tam agah olmasa da, çoxumuz tərəfindən sevginin gücü və yaranışın möhtəşəmliyi kimi qəbul olunur.
Sayfa 165·Kitabı okudu
Ted, bir gün bir ördək ceyranla dostluq edir. Ördək üçün maraqlı idi, ceyran dörd ayağını necə belə məharətlə idarə edir? Ondan soruşur: "Sən hərəkət edəndə birinci hansı ayağını atırsan? Birincidən sonra hansını?" Ceyran bir anlıq dayanır və düşünür. Suala cavab verə bilmir. Hərəkət edərək özü də birinci hansı ayağını atdığını təyin etmək istəyir. Bu zaman ayaqları bir-birinə dolaşır və yerə yıxılır. Ayağa qalxaraq yenə də yerimək istəyir. Bu dəfə də alınmır. Birdən kolluqdan bir səs gəlir, ceyran qorxudan yerindən sıçrayır və var gücü ilə qaçmağa başlayır. Xeyli qaçandan sonra dayanır. Artıq ayaqlarının bir-birinə dolaşmadığını görür.
Sayfa 266·Kitabı okudu
Bir şeyi bilin ki, vəfadarlıq məcburiyyətdən olmalı deyil. Insan bəzən sevdiyi şəxsin xəyanətinin qarşısını böyük səylər va zəhmətlər yolu ila alır. Belə bir insanın sədaqəti fahişə qadının pula göra yanında qaldığı kişiyə olan sədaqətinə bənzəyir. Hər an pulun bitməsi təhlükəsi və ya yeni varlı müştərinin gəlməsi etimalı var.
Səndən gəlmişik, son dönüş də yalnız Sənədir.
Bütün ümidlər üzüləndə, bütün qapılar bağlananda bir qapının daim açıq olduğunu hiss edirsən. O qapı haradadır, bilmirsən. Ancaq anlayırsan: nə qədər ki sağsan, heç vaxt bütün qapılar üzümüzə tam bağlanmır. Həmişə açıq olan bir qapı var. Biz - bağlı qapıları açmaq üçün inadlaşmağa adət etmiş insanlar, yalnız son anda diqqətimizi o açıq qapıya yönəldirik. O qapı indimi açıldı? Yox, o qapı həmişə açıq olub, sadəcə, sən onu indi görmüsan. Indiyə qədər harada idin? Niyə görə bu qədər laqeyd va diqqətsiz idin? İlahi, bizi qəbul et! Səndən gəlmişik, son dönüş də yalnız Sənədir.
Sayfa 395·Kitabı okudu