Ali Bashirov

Taqor!
Ölüm qədər arıq, kilkə saçlarını toz basmış, dodaqları tutqun qəlbi kimi möhkəm qısılmış, gözləri öz dişisini axtaran işıldaquşsayağı yanan azğın bir sərsəri iksir daşı axtarırdı. Qarşısında ucu-bucağı görünməyən dəniz uğuldayırdı. Gurultulu dalğalar ara vermədən gizlin xəzinələrdən danışıb, onların dilini anlamayan bu nadana gülürdü. Onun, bəlkə də, heç bir ümidi qalmamışdı, amma dincəlməyi ağlına da gətirmirdi, çünki axtarış onun həyatının yeganə qayəsi olmuşdu. Okean ağuşuna daim irişilməz səmaya açan kimi. Ulduzlar irişilməz həddə çatmaq üçün daim dövr etdikləri kimi. O da, kilkə saçlarını toz basmış o divanə də tənha sahillərdə veyllənə-veyllənə, iksir daşı axtarırdı. Bir dəfə bir kəndli uşaq ona yaxınlaşıb soruşdu: - Söylə görüm, belindəki bu qızıl zənciri haradan tapıbsan? Divanə diksindi, - bir zaman dəmirdən olan həmin zincir doğrudan da dönüb qızıl olmuşdu; bu, yuxu deyildi, amma o divanə bu dəyişikliyin nə vaxt baş verdiyini duymamışdı. O, vəhşi bir hərəkətlə əllərini başına apardı, - Of, necə olmuşdu, necə olmuşdu ki, özü də bilmədən belə bir müvəffəqiyyətə nail olmuşdu? O, artıq vərdiş etmişdi, - yerdən daşları qaldırıb, zəncirə toxundurur və bir dəyişiklik olub-olmadığına heç baxmadan, daşı tullayırdı. Beləliklə, divanə iksir daşını həm tapmış, həm də itirmişdi. Günəş qüruba enir, göy üzünü başdan-başa zər bürümüşdü. Divanə taqətdən düşmüş, beli bükülmüş, qəlbi kökündən qopardılmış bir ağac kimi puç olmuş bir halda itirdiyi xəzinəni yenidən axtarmağa başladı.
Edebiyat
Etimoloji Defteri
Mücellit Nedir ?
Çıraq niyə söndü? Mən onu küləkdən qorumaq üçün plaşımla örtdüm, - bax buna görə də çıraq söndü. Çiçək niyə soldu? Mən onu acgözlüklə bağrıma basdım, - bax buna görə də çiçək soldu. İrmaq niyə qurudu? Mən onun qabağını kəsib gölməçə düzəltdim ki, işimə yarasın, - bax buna görə də irmaq qurudu. Rübabın simi niyə qırıldı? Mən ondan qüvvəsindən kənar səslər çıxarmaq istədim, - bax buna görə də sim qırıldı.
Edebiyat
-Lotos gün işığında çiçəklənir və hər şeyini itirir.Məgər o, qışın əbədi dumanları içərisində açmadan yaşamaq istəməzdimi?
Kiminin dodaqlarında sadə və mehriban bir təbəssüm, kiminin gözlərində hiylə parıltıları ... Kiminin gözlərindən gündüz işığında yaşlar rəvan, kiminin göz yaşları zülmətdə nahan olur.
Edebiyat

Ali Bashirov

, bir kitap okudu
Puan vermedi·424 syf.·
Beğendi
·
237 günde okudu
·
2022 3. kitabı
Rövşen Abdullaoğlu
9.3/10 · 1.812 okunma