Albatros️

Albatros️
@Albatros14
Ən kiçik söz-söhbət üstündə bitirsə adını "sevgi" qoyduqları şey, mən sona qədər yalnız qalmağı üstün tutaram...
Reklam
Qorxuducu sözü əslində qəbirsanlığa müəyyən insanlar tərəfindən verilmiş sifətdir... O insanların ki, həmin yerdə hələ ki, yaxınları yoxdur... Ailənizdən birini itirdiyiniz zaman, ya da tanıdığınız, sevdiyiniz hər hansısa birini, həmin məzarlıq sizin gözünüzdə doğma birinin evinə çevrilir...
... Amma, tibet rahibləri inandırır ki, əgər sən bir almazsansa və palçığın içinə düşmüsənsə iki ehtimal var. Ya ağırlığın (burada ağırlıq dedikdə, içindəki pisliklər və bəd fikirlər nəzərdə tutulur) səni palçığın dərinliyinə batırıb yoxa çıxaracaq ya da günəş o palçığı tamam qurudacaq və ardınca yağan yağış üzərindəki palçığı təmizləyib səni yenidən yaşadacaq.
Min illər keçsə də, insan ən gözəl vərdişindən ümidlə yaşamaq vərdişindən hələ də vaz keçməyib. İndiki ümidlər keçmişdəkilərə nisbətən xeyli inkişaf ediblər, təkmilləşiblər. Ancaq öz mahiyyətlərini dəyişməyiblər. Ümid insanı yaşadan sonuncu nəsnə, son tutalqadır. Bəzən ümid okeanda batan birisi üçün yapışmaq istədiyi saman çöpü qədər öz əhəmiyyətini kiçiltsə belə, yenə də insan mövcudluğunun ən vacib atributudur...
Reklam