Ali Ahlas

Ali Ahlas
@AliAhlas
Şimdiye kadar kirli ellere dökülen saf suydum.
Sən məni anladınsa
Anlayış hər zaman mənim üçün hər bir şeydən öndə olub. Bəzən hər şeyə tüpürüb qaçmaq istəyəndə də məhz zehninin dərinliklərində anlayışı axtarıb insan. Ağlınıza gələ biləcək hər bir şeyi kənara atın və gözlərinizlə görün ki, əslində anlayışın yoxluğuna dəymir əldə edilmiş hər nə varsa. Mən insanam, sən bunları anladınsa. Ali Ahlas
Edebiyat
Etimoloji Defteri
Mücellit Nedir ?
İtirdiyim nə varsa artıq önəmsizdir. Qazandığım nə varsa bu mənimdir. Mən mənimlə yoldaş ikən, dünya mənə həm işıq, həm də rəngarəngdir. Bir gün bunları ötəri xatırlayacaq qədər günahkar olsam da, bu həyatın içindəyəm və bu həyat mənimdir. Ali Ahlas
Felsefe
Saf olan bir sorğu
"Bir gün yaxşılığın əsiri olacam". Bu cümlə axı nə dərəcədə doğrudur? Düşünə bilməsəm də, anladığım nə varsa, bəlkə də, kimdənsə oğurluqdur. Dünyaya gəlib-gedən insanlar axı niyə bu qədər çox yorulur? Bu, saf olan bir sorğudur. Mən əsla bir yalandan ibarət olmaq istəmirəm. Axı insanlar gerçək olaraq doğulur. Mən özümü sevərək ayrılıram buradan. Kədərli insanlar üçün kəlmələr ümid doludur. Ali Ahlas
Felsefe
Nədir gizli?
Qəlbini isidərək əsər xəfif eşq küləyi. Qırıb artıq ətrafına dolanan nifrət iplərin. Əsdikcə, hey əsəcək. Oyadacaq torpaq üstdə cəsədləri. Və deyəcək: "Sən sonsuz eşq, sən əbədi yaranmısan. Gözəlliyə məftun hissən. Gözlərində kainatın əksi gizli. Söylə daha indi səndən nədir gizli?" Ali Ahlas
Felsefe