Ali Mammadli

Ali Mammadli
@Ali_Skywalker
Nerd? Yea. Nothing.
Gazeteci
BAKU STATE UNİVERSİTY
Bakü
Bakü
18 okur puanı
Aralık 2023 tarihinde katıldı
Mazoxist təhtəlşüurun meditasiyası…
Zülmətdən aydınlığa açılan bir qapı olur… Sizlər qurdalayıb, eşib üzə çıxara bilərsiniz bəlkə də. Tapsanız əgər o sökük salxaq qapını, içinizdə göyərəcək illərdir görməzdən gəlinmiş işığa çıxmaq istəyi. Əgər ki görsəniz çıxış qapısını, lazım deyil, anlatmağa çalışmayın heç kəsə nəyin necəliyini. Anlaya bilməzlər. Heç kəs anlamaz. Siz görmüsünüz qaranlığı da, işartını da. Bu, kafidir. Həyat cizgisinin üzərində büdrəyən kəndirbazıq hamımız. İçimizə xaosun qılıncları sancılmış, arxamızda isə geridə buraxdığımız üzlər getdikcə xırda parçalara ayrılır. Hissələrə ayrılan insan parçaları üzərimə qonur. Budur, qorxaq insanlar irili-xırdalı zərrələrə ayrılmağa məhkumdur. Qorxuysa, yalnız gözlə görülməz olduğunda gerçək olur. Əvvəl axır gerçək olur. Nəhayət, İpin sonuna vardığımda fərqində oldum üzərimdəkilərin. Lakin xatırlamadım. Keçmişin qalıntılarını üzərimdən çırpdım… Qapıya gəldikdə isə, o çıxış yerini yerlə yeksan etmişəm. Orada qapı yoxdur…
Logan: Yanlış adama çarptın! X23: Sen hep yanlış adamdın. Doğru ana dek…
Düşünce
“Bir insan kişiliğini yok edib obje gibi gördüğün zaman, sadece zevk için bir objedir. Nefes alıp yaşayan bir insan gibi değil.” Jeffrey Lionel Dahmer
Hayat ve İnsan
Dörd bir yanı kabuslarla kodlanan, qaranlıq otaq uzanırdı, bu başdan o başa. Beynim yeni dünya yaratmışdı özlüyündə. Sanki mənə nəyisə sübut etməyə çalışır. Onsuz alışmışam hər hansı bir vücuda yozulması mümkün qılınmayan qəribə varlıqları görməyə - dərin, yapış-yapış, kif qoxulu dəhlizlərində iyrənc beynimin. Orada gördüklərimin yaradıcısı mən idim, hansı ki öz yaratdığım çirkin “Adəmlərim” tərəfindən oradan-bura savrulurdum. Çox istərdim onları təsvir etməyi, amma heyif ki, mümkün deyil. Aləm qarışıb bir-birinə, eynən ciyəri tütünləməkdən paslı süzgəcə dönən yazarın ağzından “fontan vuran” qan laxtalarının qarşısını ala bilmədiyi və sonunun çatdığını anlayaraqdan tələskənliklə bir vərəq, bir qələm tapıb son bir irs qoyma çabası ilə çapaladığı qarmaşıq düşüncələrinin arasında, tək-tənha, qan-rəvan fırçıltılı masa başında… ©️Skywalker
Boşluğun gəzən cəsədimdə sonsuz hakimiyyət hərisliyi…
Tarix boyu insan istər fiziki, istərsə də mənəvi düşmənlərlə qarşı-qarşıya qalıb. Tanrı tərəfindən göndərilən, sınaq mərhələsinin (göstərdiyimiz, ortaya qoyduğumuz keyfiyyətlərə uyğun qismətimiz
Hayat ve İnsan