"Bilgi yok oldu... ve insan yeniden vahşiliğe döndü."
— Jack London, "Qızıl Vəba"
Bu cümlə məni dərin düşündürdü.
Görəsən, mən kim olardım sivilizasiya çökdükdə?
Oxuduqca başa düşürəm ki, insanın içindəki vəhşilik, sadəcə fürsət gözləyir.
Bəzən ən qorxulusu vəbalar yox, insanın özü olur.
Vəhşi təbiətin qoynundan çıxmış Avropa bu gün mədəniyyətin və sivilizasiyanın beşiyi kimi tanınır. Halbuki əsrlər boyu mədəniyyətin öncüllərindən olan Şərq dünyası bu gün daha çox muzeylərin vitrində, arxivlərin səhifələrində və kitabların içində tarixi bir iz olaraq qalır. Bu isə bizə göstərir ki, zamanla sistemin, biliyin və dövlətin haqq-ədalət prinsipləri korlandıqca, insanın içində gizlənən vəhşi təbiət təkrar üzə çıxır.
Bəzən isə sivil və nizamlı mədəniyyətin nümayəndəsi kimi qəbul etdiyimiz bir şəxs, məsələn, Çindən gələn və yüksək nizamla yetişmiş bir işçi belə, müəyyən kontekstdə — məsələn, Bakıda sənaye mühitində — bir neçə gün içində öz davranışlarında geriləmə göstərə bilir: ətrafı zibilləmək, yerə tüpürmək, sanitar qaydalara əməl etməmək kimi hallarla o da həmin nizamı poza bilir. Bu, onu göstərir ki, mədəniyyət doğuşdan deyil, şəraitdən və davamlı zehni intizamdan asılıdır.
Əgər biz sahib olduğumuz mədəni irsi qorumaq istəyiriksə, yalnız ənənələrə deyil, ilk növbədə elmə, ağıla və savadlı sistem quruluşuna sarılmalıyıq. Mədəniyyət, yalnız davranış deyil, şüurun məhsuludur.