Sükutda boğuluram. Nə insanlar, nə sözlər, nə də sabahlar mənə təsəlli verir.
İçimdə bir yorğunluq var, adı yoxdur, amma hər şeyi susdurur.
İnsanların səsi, gündəlik həyatın təlaşları, hətta öz düşüncələrim belə ağır gəlir. Hər şeydən uzaqlaşmaq istəyirəm, amma hara getsəm, bu boşluq mənimlə gəlir. Bəzən sadəcə susmaq istəyirəm, çünki danışmaq da, dinləmək də artıq mənə yük olur. Mən sadəcə bir az sakitlik axtarıram... amma onu da tapa bilmirəm.
#Varoluşsal