Üç YılAnton Çehov'un qısa müddətdə oxunub bitən axıcı və yormayan kitablarından biridir.
Hekayə Laptev adında bir kişinin xəstə bacısı Nina üçün gələn həkimin qızı Yulianı görüb aşiq olması ilə başlayır. Laptev sevgisini Yuliaya etiraf edir, amma Yulia təklifi geri çevirir. Daha sonra isə öz gələcəyini, həyatını düşünərək, onu sevməsə də təklifini qəbul edir və evlənirlər.
Bu evlilikdə sevgi tək tərəfli olur. Başlarda Laptev Yulianı çox sevirdi, amma Yulia ona qarşı eyni hissləri bəsləmir, soyuq və duyğusuz yanaşırdı. Zaman keçdikcə isə vəziyyət tərsinə dönür. Bu səfər Yulia Laptevi sevməyə başlayır, əvvəllər hiss etmədiyi bir bağlılıq yaranır ona qarşı, lakin Laptevin hissləri isə soyumağa başlayır. Əvvəlki kimi sevmir və marağı azalır.
Kitabda Panaurovun da dediyi kimi:
"Bu dünyada hər şeyin bir sonu vardır."
Eynilə Laptevin sevgisi kimi. Yulianı çox sevdiyini deyirdi amma evləndikdən sonra, zaman keçdikcə bu sevginin azaldığını görürük..
Real həyatda da belədir. Əvvəllər çox sevdiyimiz insanlara qarşı zaman keçdikcə soyuq, laqeyd yanaşırıq, halbuki vaxtı ilə özümüzə ən yaxın bildiyimiz insanlar olmuşdular..
Anton Çehov bu əsərdə sevgi, evlilik, insan münasibətlərindəki dəyişkənliyi, zaman keçdikcə hisslərin necə formalaşıb, necə sönə bildiyini çox gözəl şəkildə göstərir bizə.
Üç YılAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 20186bin okunma
İnciJohn Steinbeck'in Meksikanın xalq hekayəsindən təsirlənərək yazdığı bir romandır.
İnci Meksikanın kasıb bir kəndində keçən bir hekayədir.
Romanın əsas obrazı Kino, həyat yoldaşı Juana və körpə oğulları Coyotito ilə birlikdə sadə, sakit bir həyat yaşayırlar. Hekayə, Coyotitonu əqrəb sancması ilə başlayır. Kino oğlunu həkimə aparır, amma kasıb olduqları üçün həkim kömək etmir. Bu hadisə Kino və ailəsi üçün bir dönüş nöqtəsi olur. Beləliklə Kino və Juana oğlunu xilas edə bilmək üçün inci ovuna çıxırlar.
Kino dənizdən tayı-bərabəri olmayan böyük bir inci tapır. Əvvəlcə bu onlar üçün böyük sevinc olur, çünki Kino və Juana düşünürlər ki, bu inci onların bütün arzularını reallaşdıracaq. Uşaqlarını oxudacaq və yaxşı bir həyat yaşaya biləcəklərini düşünürlər.
Amma vəziyyət tam əksinə dəyişir. İncinin xəbəri bütün kəndə yayılır. İnsanlar inciyə göz dikib tamahlanır, həsəd aparır, Kino və ailəsinə zərər verməyə çalışırlar.
İnci ilə birlikdə insanların iç üzü də ortaya çıxır. Kino da əvvəlki kimi olmur, getdikcə daha qəzəbli, aqressiv, şübhəçi, sərt biri olur və Juana ilə münasibətləri gərginləşir.
Romanın ən təsirli anı Coyotitonun ölümüdür. Kino bu zaman anlayır ki, inci onların həyatına sevinc və xoşbəxtlik yox, qorxu və itki gətirdi. Və sonda isə incini dənizə atır. Amma ən böyük itkisini yaşadıqdan sonra..
İnci romanı sadə dildə yazılıb amma verdiyi mesaj dərindir. John Steinbeck Pulun, var-dövlətin, tamahın insanları necə dəyişdirəcəyinə, necə itkilərə səbəb ola biləcəyini göstərir. İnci də bunun bir nümunəsidir.
İnciJohn Steinbeck · Sel Yayıncılık · 202349,9bin okunma
Böyle Söyledi ZerdüştFriedrich Nietzsche'nin fəlsəfi bir əsəridir.
Əsərin əsas obrazı Zərdüşt, tarixdə Zərdüşt dininin peyğəmbəri kimi bilinir, amma kitabda isə filosof, yolgöstərəndir.
Zərdüşt uzun illər dağlarda yaşadıqdan sonra insanların yanına öz dəyərlərini, həqiqətlərini çatdırmaq üçün enir. O köhnəlmiş əxlaqı, yəni cəmiyyətin, dinin insanlara qəbul etdirdiyi "Yaxşı və pis" anlayışını tənqid edir.
Nietzsche əxlaqı iki yerə ayırır: kölə və ağa əxlaqı.
Kölə əxlaqı, zəiflərin yaratdığı əxlaqdır. Yəni gücsüz insanlar, güclü insanları pis, özlərini isə yaxşı elan edir. Təvazökarlıq, itaətkarlıq kimi şeylər kölə əxlaqının təməlidir deyir Nietzsche.
Ağa əxlaqı isə güclü və yaradıcı insanların əxlaqıdır.
Nietzsche'yə görə biz artıq kölə əxlaqı ilə yaşayırıq. Dinlər və cəmiyyətlər bizə bu qorxunu və itaəti aşılayıb. Biz öz əxlaqımızı yaratmaq əvəzinə başqasının yaratdığı, yazdığı qanunlara tabe oluruq.
Əsərin əsas ideyası isə "Üstinsan" anlayışıdır.
Nietzsche deyir ki,
"İnsan aşılması gereken bir şeydir."
Yəni bir növ körpüdür və özünü aşaraq daha yüksəyə çata bilər. Bu da üstinsandır.
Üstinsan, öz dəyərlərini yaradan, sürü psixologiyasından çıxmış bir varlıqdır.
Əsərdə "Tanrı öldü" deyir Nietzsche. Bu ifadəsinin arxasında duran əsas səbəblərdən biri, 19-cu əsrdə Qərb sivilizasiyalarında dinə və Tanrıya olan inancın zəifləməsidir. Artıq köhnə əxlaqi dəyərlər, inanclar insanı idarə edə bilmədiyi üçün insan yeni dəyərlər yaratmalıdır.
Kitabdakı ən sevdiyim sitatlardan biri isə bu oldu:
"Özgür mü diyorsun kendine? Sana hükmeden düşünceni duymak isterim."
Həqiqətən biz azadıqmı? Yoxsa içimizdəki düşüncələr, cəmiyyətin bizə yüklədiyi anlayışlar, dəyərlər, qorxularmı bizi idarə edir?
Böyle Söyledi Zerdüşt dərin və düşündürücü bir əsərdir. Bəzən anlamaq üçün bir cümləni təkrar-təkrar oxumağınız lazım gələ bilər.
Böyle Söyledi ZerdüştFriedrich Nietzsche · Türkiye İş Bankası Kültür Yayınları · 202447,7bin okunma
Piyanist Nazi Almaniyasının törətdiyi soyqırım zamanı həyatda qalmağı bacaran, məşhur yəhudi pianoçu Wladyslaw Szpilman 'ın gerçək həyat hekayəsidir.
Wladyslaw Szpilman kitabda yalnız sağ qalma mübarizəsini deyil, eyni zamanda insanlığın necə amansızca susdurulduğunu, əziyyət edildiyini, yox edilməyə çalışıldığını yazır.
Kitabda Nazi Almaniyasının Varşavada törətdiyi soyqırımdan bəhs edilir. Gettoya toplanan yəhudilər, durduğu yerdə güllələnən, öldürülən insanlar, məhv edilən həyatlar.. Kitab boyunca bir şəhərin necə səssiz bir qəbiristana çevrildiyini oxuyuruq. Təkcə aclıq, qorxu və yoxsulluq yox, həm də bir xalqın kimliyinin silinməyə çalışıldığı, vicdanın susdurulduğu bir dövrdür bu.
Ən dəhşətlisi isə bu idi ki, heç bir günahı olmayan insanlar sadəcə "yəhudi" olduqları üçün öldürülürdü. Qadınlar, uşaqlar, qocalar.. Durduq yerə yox edilən həyatlar, heç nə olmamış kimi üzərindən keçilən cəsədlər...
Szpilman'ın yaşadığı çarəsizlik, acından ölümlə üz-üzə qalması, sığınacaqdan sığınacağa keçməsi, pəncərədən ölümə baxıb sağ qalmağa çalışması... Bunları oxumaq, insanı reallığın sərtliyi ilə üzləşdirir.
Mənə ən çox təsir edən hissələrdən biri isə, alman zabiti olan Wilm Hosenfeldin Szpilmanı gizlədib qoruması oldu. Bu səhnə, zorakılıq və susqunluq içində bir nəfərin hələ də insan qaldığını göstərir. Hər şeyin dağıldığı, milyonların susduğu zamanda bir nəfər insanlıq adına danışır, hələ də düzgün olanı edirdi.
Alexandra Cavelius'un Leyla adlı romanı, müharibənin insanın ruhunda qoyduğu dərin izləri göstərən təsirli bir əsərdir.
Kitabda müharibənin yalnız səngərlərdə deyil, eyni zamanda insanların bədənində və ruhunda da necə dərin izlər buraxdığını, xüsusilə də qadınların və uşaqların yaşadığı zülmü açıq şəkildə oxuyuruq. Müharibədən əvvəl həyat dolu, şən, xoşbəxt bir qız olan Leylanın əsir düşdükdən sonra başına gələnlər insanın təsəvvür edə bilməyəcəyi qədər ağırdır. Zorlamalar, fiziki və psixoloji işgəncələr, əsirlikdə keçən dəhşətli, ağır günlər.. Bu ağrılar, əzablar onu sadəcə dəyişdirmir, demək olar ki, yeni bir insana çevirir: susqun, qapanmış, üzündə daim kədər olan biri.
Kitab sadəcə Leylanın yox, onun timsalında minlərlə qadının başına gələnlərin də hekayəsidir. Əsərin ən təsirli tərəfi isə hadisələrin birbaşa Leylanın öz dilindən danışılmasıdır. Oxucu onunla birlikdə ağlayır, qorxur, ümid edir və yenidən ayağa qalxmağa çalışır. Onun göstərdiyi səbr, yaşamaq iradəsi və sonda səssizliyini pozaraq danışmağa cəsarət etməsi bir qəhrəmanlıq nümunəsidir. Leylanı yalnız yaşadıqlarına görə deyil, eyni zamanda danışdığı üçün də təqdir etmək lazımdır. Çünki bu cür dəhşətli həqiqətləri danışmaq da yaşamaq qədər ağırdır...
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma