– Ulduzların hərəkətinə inanırsan?
– Arzu tutmağı deyirsən?
– Hə.
– Nə bilim.. Ümid verici bir inamdır sadəcə.. Ümidi kəsilənlərin son çırpınışları kimi..
– Birdən biz bir-birimizdən tamam uzağa düşsək, məni görmək üçün dilək tutmazdın?
– Biz səninlə heç vaxt ayrılmayacağıq. Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq. Həyat səni məndən nə qədər uzağa atsa, hər gecə eyni ulduzların altında səninlə görüşəcəyik.
– Eyni ulduzun altında.. Filmdəki kimi, hə?
– Hə..
– Fərəh, yadında saxla, əgər bir səhv edirsənsə və bunu səndən başqa kimsə ya da kimlərsə görürsə, sən əlindən gələnin ən yaxşısını da etsən nəyəsə nail ola bilmirsən. Milyon dənə yaxşılıq et, uğurlara imza at ya da nə bilim dünyanı fəth et, ürəyi kirli biri üçün sən hər zaman o səhv hərəkətinlə xatırlanacaqsan. Heç kim sənə inanmayacaq, inanmaq istəməyəcək, çünki sənin yaxşı olma ehtimalın onları özlərinə daha günahkar hiss etdirəcək. Onlar sənə inanmır, çünki əmin olmaq istəyirlər ki, dünyada özlərindən başqa da günahkarlar var və onlar tək deyil.
Məncə hər şey bu qədər asan olmamalıdır.. Yəni ən kiçik söz söhbət üstündə bitirsə adını “sevgi” qoyduqları şey, mən sona qədər yalnız qalmağı üstün tutaram..