Ağayev Əmirəli

Ağayev Əmirəli
@Amirali_
Puan vermedi·80 syf.··
2026 20. kitabı
Hekayə iki gəncin bir birinə olan eşqindən evlənməsinə olan yolla başlasa da onlara bir maneə oldu. Bu müharibə idi. Müharibə onların taleyini dəyişdi. Lakin bu onların bir-birinə olan sevgisinə mane olmadı. İnsanların müharibə şəraitində yaşadıqları dəhşətli hadisələri yazıçı real şəkildə təsvir etmişdir. Yazıçı müharibənin ölkələrə deyil sadə vətəndaşlara nə qədər zərər verdiyini çox ustalıqla yazıb göstərmişdir. Bir sözlə müharibədə kim qalib olur olsun olan sadə insanlara olur və onların taleyini kökündən dəyişir.
Dəyirmanın mühasirəsiEmile Zola · Qanun Nəşriyyatı · 072 okunma
Reklam
Puan vermedi·80 syf.··
2026 19. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Haziran 2026 11:25
İnsan həyatının keçmişi ilə indiki zamanının üzləşməsi və emosional oyanış barəsində əsərdir. Əsərdə baş rolun öz həyatında olan qadını tam tanıdığını zənn etsə də müəyyən müddətdən sonra bəzi gerçəkləri öyrənir və bu ona təsir edir.Lakin o anlayışla bunları qarşılayır. Yazıçı bu əsərdə insanların bir birini tam tanımadığını zamanla bəzi gerçəklərin ortaya çıxmasının uzun vaxt almasını göstərmişdir. Həmçinin keçmişin təsirinin də yan keçmədiyini göstərir. İnsanların bəzi gerçəklərdən sonra ölü kimi yaşamağa başlaması da bir bənzətmə kimi öz yerini tapmışdır.
ÖlülərJames Joyce · Qanun Nəşriyyatı · 0557 okunma
Puan vermedi·96 syf.··
2026 18. kitabı
·
79 günde okudu
·
Okunma: 03 Haziran 2026 19:08
İnsanın mal və dövlətin bəzi məqamlarda nə qədər mənasız olduğunu və lazım olmadığını göstərən bir əsərdir. İnsan həyatda fədakarlıq etməyi bilməli və digər insanlara dəstək olmalıdır. Fədakarlıq insanı başqalarının gözündə çox uca edir. Əsərdə varlı mülkədar öz nökərinin həyatının mənasız olduğunu düşünür lakin ölüm təhlükəsi ilə üz üzə gəldikdə o öz canını fəda etməklə onu xilas edir. Buna səbəb onun içində birdən birə yaranan mərhəmət və fədakarlıq hissidirm Düşündüyü mal dövlət ona həmin anda çox mənasız göründü. Nəticədə bu həyatda mal dövlətdən daha vacib mənəvi və insani dəyərlər vardır.
Ağa və NökərLev Tolstoy · Parlaq İmzalar · 202310,6bin okunma
Puan vermedi·80 syf.··
2026 17. kitabı
İnsanın daxilində olan şeytan ilə mübarizəsinə həsr olunan maraqlı bir əsərdir. Əsərin qısa məzmunu daxilində şeytana təslim olan bir insanın öz nəfsinə sahib çıxa bilməməsi nəticəsində baş veren bədbəxt sonluq haqdadır. İnsan öz nəfsinə sahib çıxmalı və içindəki həmin şeytanı öldürməlidir. Lakin bu çox zaman belə olmur. Şeytan insanı içdən məhv edir və insan uduzur. Bu məğlubiyyət isə çox bədbəxt sonluq ilə insanı məhv edir. Nəticədə insan daima özü ilə mübarizədə olmalı və o şeytana qarşı özünü qorumalıdır.
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,493 okunma
Puan vermedi·192 syf.··
2026 16. kitabı
Tolstoyun ilk qələmə aldığı əsərdir. Bu əsər insanın daxili aləmi haqda qəşəng kitabdır. Hekayə rus cəmiyyətindən bəzən bir rusun kazakların yanına köçüb burada kazaklar kimi sərbəst yaşamaq həvəsi ilə başlayır. Lakin kazaklar kimi sərbəst yaşamaq istəsə də bəzən insanı öz daxili aləmi onu buna qoymur. Başqa mühitə aid olmaq istəsən belə alınmır. Onun başqa cəmiyyətdən olması belə onun sevgisinə əngəl olur. Həyat da belədir biz istəsək istəməsək bəzi şeylərin mümkün olması ehtimalı çox aşağıdır. Həmçinin kazakların həyatı haqda maraqlı məlumatlar da əsərdə əks olunmuşdur. Nəticədə nə qədər qaçıb başqa bir mühitə aid olmaq istəsək də bu çox çətin olur və öz daxili mühitimiz buna imkan vermir.
KazaklarLev Tolstoy · Qanun Nəşriyyatı · 20195,3bin okunma
Reklam