📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Əsərin incə mesajlar verməsi əsəri daha cəzbedici edir. İnsanın öz taleyi ilə barışması və aciz qalması onun ən zəif yeri olur. İnsanlar da siçanlar kimi böyük planları və ümidləri olur lakin sonra onlar tez puça çıxır. Həyatın nə qədər çətin olduğu və insanların acı reallığı qəbul etməsi gerçəyi insanı məyus edir. Bəzən bəzi şeyləri etməklə mərhəmət etmiş oluruq. Məcburiyyətindən edilən bəzi şeylərin ən yaxşı çıxış yolu olduğunu anlayırıq. Mərhəmət bəzən məcbur qaldıqda başqa yolla da edilə bilər.
Şekspirin oxuduğum ilk əsəridir. Şekspir çox gözəl şəkildə təsvirlər və bənzətmələr etmişdir. Buna görə də əsər çox gözəl ərsəyə gəlmişdir. Əsərdə mənəvi əxlaqi keyfiyyətlər önə çəkilmiş və insanların bəzi üzləri göstərilmişdir. Bir insanın başlatdığı iftira ilə başqasının ürəyinə saldığı şübhə nəticəsində yaranan hadisəni əks etdirir. Həmçinin tarixi hadisəyə də yer açmağı əsəri daha maraqlı edir. Bir sözlə Şekspir dram janrında çox gözəl bir əsər yaratmışdır.
OthelloWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202426,8bin okunma
Tolstoyun oxuduğum maraqlı əsərlərindən daha biri. Əsərin süjet xətti axıcı və maraqlıdır. Əsərdə çeçenlərin Rusiyaya qarşı vuruşması və mübarizə aparmaları və onların qəhrəmanlıqları da əks edilmişdir. Əsərin baş qəhrəmanı Hacı Muradın xarakterinin necə təmiz olduğu və mərd insan olduğu həmçinin millətinə necə bağlı və sadiq olduğunu görmək olar.O dövrdə olan rus hökmranlığını və digər xalqlara qarşı necə davranıldığı çox gözəl təsvir olunmuşdur. Hacı Muradın həyatı Tolstoy tərəfindən çox gözəl yazılmışdır. Nəticədə vətəninə bağlı və mərd insanın həyatını oxumaq çox maraqlıdır.
Hacı MuratLev Tolstoy · Karbon Kitap · 201918,5bin okunma