📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Balzak bir sözlə bənzətmələr ilə birlikdə gözəl dram janrında əsər yazıb yaratmışdır. Əsərin əsas ideyası qan davası olan ailələrin övladlarının bir birinə olan sevgisinin əngəl maneə tanımadığını göstərməkdir. Həmçinin ataların öz qızlarına qarşı nə qədər incik olsalar da sonda öz qızlarını bağışlayırlar. Həmçinin insanların nə qədər qürurlu olduqlarını və qonşularına öz problemləri haqda danışmamağı haqda yazıçı maraqlı bir göndərmə eləmişdir. Bir sözlə ailələrin qanlı davasının bitməsinə səbəb olan bu iki gəncin evliliyi olur. Qan davası bitsə də insan həmişə öz taleyinə boyun etməli olur və uduzur.
Kan DavasıHonore de Balzac · Kapra Yayıncılık · 202275 okunma
Tolstoyun əsərlərinin sətiraltı mesajlar ilə dolu olması və gerçəkləri bəhs etməsi onun necə yaradıcılığından xəbər verir. Bu əsərdə saxta bir kuponun insanları necə dəyişdirməsi və nə hala salması haqda maraqlı kiçik bir əhvalat başlayır və hadisələr bir birilə maraqlı şəkildə tamamlanır. Əsərdə qatil birinin başqasının ona dindən bəhs etməsi ilə birdən birə dindar birinə çevrilməsi hər kəsdə heyrət doğurur və həmçinin bu adamın birdən birə belə dəyişilməsi heç kəs tərəfindən gözlənilmirdi. Həmçinin bəzi insanların yoxsulluqdan və bəzi haqsızlıqlardan dolayı nə hallara düşməsi də çox gözəl şəkildə təsvir olunmuşdur. Bundan başqa insanlara onların bir birinin düşməni deyil dostu olması və bir birlərinə yardım etməli olduqlarını vurğulanması Tolstoyun ən gözəl sətiraltı mesajlarından biri idi.
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 202227 okunma