Görəsən bir yolu varmı həqiqətə, az da olsa, yaxınlaşa bilməyin? Yaxşı bəs nə idi menim üçün bu haqiqet? Nəyi bilmək istəyirdim? Çox sadə bir şeyi.
Bu dünya bizim gördüyümüzdən ibarətdir, ya gormədiyimiz bir seyler de var. Bu dünya yalnız materializm üzərində qurulub, yoxsa qeyri-adi qüvvələr, fərqli reallıqlar da var? Axı bunu bilmək yaşayacağım həyatı tamamilə dəyişəcəkdi. Hadisələrə münasibət
bizim sadəcə inamımızdan asıli olaraq dəyişir.