Dəlisov sevgim də, məhəbbətim də
Olmayıb, hamısın yalan demişəm.
Baxma ki, indicə doldu gözlərim
Yəqin varlığına çox öyrəşmişəm.
Sözlər, şeirlər də bəs etmir mənə
Bu dərdi dağlara danışsam azdır.
Bəxtim gözlərimin içinə baxdı,
Ayağım altında bir quyu qazdı.