Anonym

Anonym
@Anonym01
5 Mayıs
64 okur puanı
Kasım 2021 tarihinde katıldı
9/10
·150 syf.··
2025 8. kitabı
·
24 günde okudu
·
Okunma: 16 Temmuz 2025 18:00
Makiavellinin yazdığı "Hökmdar" sadəcə politoloqlar və siyasi təhlilçilər üçün deyil, ümumi əhali üçün də mütləq oxunmalı olan kitablardan biridir. Siyasətin pərdəarxasını, hakimiyyətin əldə olunması və qorunması yollarını çox açıq və real şəkildə izah edən bu kitab hər bir oxucunu düşündürür. Siyasətin bəzən nə qədər sərt və amansız olduğunu göstərir, lakin bu, insanda qorxu yaratmaqdan çox, dünyaya daha real baxmağı öyrədir. Uzun müddətdən sonra bəlkə də hər səhifəsindən məlumat əldə etdiyim kitab məhz bu olar. Əsas üstünlüklərindən biri də odur ki, dil və üslub sadə, mövzu isə dərindir. Kitab oxucuya sadəcə bir hökmdarın necə davranmalı olduğunu yox, ümumiyyətlə insanların idarə edilməsi və psixologiyası haqqında da fikir verir.
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201820,2bin okunma
5/10
·112 syf.··
2024 5. kitabı
·
10 günde okudu
·
Okunma: 28 Temmuz 2024 17:14
Zweig'in digər kitablarını oxuyan biri olaraq bu kitaba da başlamazdan öncə gözləntilərim böyük idi. İlk öncə kitabın adı və qısa məzmunu məni cəlb etmişdi, bir qadının həyatında nə yaşana bilər ki, onun həyatını dəyişsin. Baş qəhrəmanımız Missis K. qumar aludəçisi bir şəxsi bu yoldan çıxarmaq üçün pul təklif edir, həmin şəxs isə missis K və oxucunu artıq dəyişdiyinə inandırsa da yenidən öz yoluna qayıdır, sonda Missis K. da anlayır ki, insanları dəyişmək mümkün deyil. Mən belə düşünürəm ki, kitabda deyildiyi qədər bir insana ömür boyu təsir edəcək bir hadisə yaşanmayıb, yazarın digər kitablarına nəzərən zəif qalmış və gözləntilərimin aşağısında bir kitab. 5/10
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0150,6bin okunma
Puan vermedi·224 syf.··
2023 12. kitabı
Kitabda keçmişimizdən bugünə qədər əksər filosoflar, onları fəlsəfələri haqda məlumat var. Kitabın sevdiyim yanlarından biri hər paraqrafın həyatdan müəyyən bir hadisəni misal çəkməklə başlaması idi ki, bu da onu hər kəs üçün anlaşıqlı edir. Lakin yalnız bunları bir dəfəyə oxuyub-bitirməklə hər şeyin yadda qalacağına inanmıram. Düşünürəm, hər başlığı oxuduqca, əlavə olaraq da, həmin filosoflarla bağlı məlumat aparmaq, qeydlər etmək lazımdır. Bu onu daha yaddaqalan edir. Ümumilikdə kitabı bəyəndim, hər filosof haqda ümumi məlumat almaq üçün yaxşı seçimdir, lakin mənim çox vaxtımı apardı, bu da oxuduqca beynimin məlumatları qəbul etməsiylə bağlı idi.
Felsefe
Fəlsəfənin Qısa TarixiNigel Warburton · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 20208,3bin okunma
Markiz de Sad- Yataq otağında fəlsəfə
8/10
·304 syf.··
2023 1. kitabı
·
25 günde okudu
·
Okunma: 13 Şubat 2023 14:15
Kitabı ilk görəndə mənə maraqlı gələn adı oldu, cinsəllik və fəlsəfənin bir biriylə necə əlaqəli olmasını bilmək istəyirdim. Böyük kütlə tərəfindən sadəcə cinsəllikdən, şiddətdən ibarətdir, ancaq mənim üçün bundan daha artığı oldu. Açığı digər şəxslərdə olduğu kimi məni pik həddə narahat edəcək heçnə oxumadım. Kitabda çatdırılmaq istəyən əsas fikir hər bir şəxsin öz qərarlarını digər şəxslərdən, dindən asılı olmayaraq müstəqil verməsidir. Belə ki, kitabda verilən bu ifadə daha yaxşı izah edir: "Sizin bədəniniz sizindir, təkcə sizə məxsusdur və bütün dünyada ondan istədiyiniz kimi həzz almaq hüququ təkcə sizindir ". Kitabın nəzərdə tutduğu əsas mənanı, yəni ümumi şəkildə çox bəyəndim,hər nə qədər mentalitetimizə və dinimizə uyğun olmasa belə, bunun düşündükcə ən doğru fikir olduğunda qərarlaşdım, gözümüzlə görmədiyimiz dini kitablardan başqa heç yerdə cinsəlliyə sərhəd qoyulmur və ayıb bir şey olaraq baxılmır. Həmçinin, kitabda tanrının varlığı, onun hazırki cəmiyyət həyatına etdiyi toxunuşlara da münasibət bildirilir. Əlbəttə hər kitabın müsbət tərəfləri olduğu kimi mənfiləri də vardır. Qadın obrazlarının zəif və kişidən asılı olaraq göstərilməsi, partnyorların tək məqsədinin bir birilərini deyil də sadəcə özlərini məmnun etməsini, təcavüzə normal baxılmasını və s.dir. Bütün bu hadisələr 2 günlük seksual təhsil almaq üçün gələn Ejeninin ətrafında cərəyan edir. Kitab, oxucuları metafizikadan estetikaya, fəlsəfədən tarixədək bir çox mövzu ətrafında düşünməyə vadar edir. 8/10
Felsefe
Yataq Otağında FəlsəfəMarquis de Sade · Yarasa yayınları · 20092,701 okunma