Ancaq mənim üçün nə bazar ertəsi, nə də bazar günü vardır-sadəcə, nizamsız şəkildə ötüb keçən günlər, bir də indiki kimi qəfil parıltı ilə işıqlanan bir məqam mövcuddur. Saysız-hesabsız və eyni cür günlər heç bir məna daşımadan bir-birinin üzərinə əlavə olunur.
İlahi, onlar hamısının eyni cür düşünməsini necə də yüksək dəyərləndirirlər. Qəfildən onların arasına sudan çıxarılmış balığa bənzəyən, öz daxili aləminə can atan, baxışları heç cür başqalarınkı ilə uyuşmayan birisi gəlib çıxanda bu adamların üzünə baxmaq çox maraqlıdır.