Bütün zorakılıqlar kütlənin elə özü tərəfindən məntiqli və faydalı zərurət kimi qarşılanırsa, bütün mərhəmət aktları, bəraət hökmləri camaatı qıcıqlandırıb intiqam hissi oyadırsa, belə bir cəmiyyətdə haqq-ədalətdən dəm vurmaq gülünc deyilmi?
Cəmiyyətin yüksək maraqları olmadığına görə, sürdüyü sönük, mənasız həyata zorakılıq, kobud əxlaqsızlıq və ikiüzlülük rəng qatır; alçaqlar tox və geyim-kecimli olduğu halda, vicdanlılar ac-yalavac ömür sürür, tör-töküntü ilə qidalanırlar; məktəblər, düzgün istiqamətli yerli qəzetlər, teatrlar, ümumi qiraətxanalar açılmalıdır, ziyalılar bir araya gəlməlidir; cəmiyyətin öz halını düşünüb dəhşətə gəlməsi gərəkdir
Şəhər sakinləri haqda həmişə həqarətlə danışardı, dediyinə görə, onların kobud, cahil olduqları, yuxulu heyvan həyatı sürdükləri ona olduqca rəzil və iyrənc görünürdü.