Eh, insan niyə ölümsüz deyil axı?- fikirləşir.- Beyinin mərkəzləri, qırışları nəyə lazımdır?Görmək,danışmaq bacarığı, hiss-əhval, zəka...əgər bütün bunlar faniliyə çevrilib torpağın altına gedərək soyuyacaqsa, sonda, Yer kürəsiylə birgə mənasız və məqsədsiz yerə milyon illərlə günəşin başına fırlanacaqsa, -nəyə lazımdır axı?
Bütün zorakılıqlar kütlənin elə özü tərəfindən məntiqli və faydalı zərurət kimi qarşılanırsa, bütün mərhəmət aktları, bəraət hökmləri camaatı qıcıqlandırıb intiqam hissi oyadırsa, belə bir cəmiyyətdə haqq-ədalətdən dəm vurmaq gülünc deyilmi?