- Mənə biraz həyatından danış - mən xahiş edirəm.
- Mənim həyatımda fövqəladə heç nə yoxdur. Mən öz yolumu gedirəm və imkanım daxilində bunu ləyaqətlə eləməyə çalışıram.
- Bu necə yoldur belə?
- Məhəbbət axtaranın yolu, - və boş şüşəni əlində oynada-oynada bir anlıq susur. - Məhəbbətsə, çox çətin yoldur.
- Çətindir ona görə ki, o səni ya göylərə qaldıracaq, ya da cəhənnəmə atacaq. - mən deyirəm, hərçənd dediklərimi o qədər də özümə aid etmirəm..
Paulo Coelho - "Rio-Pyedranın sahilində oturdum və ağladım"