Bilirsən, artıq ətrafımda bir cütlük görəndə hansının sevgisinin yalan olduğunu seçməyə çalışıram. Necə əla gizlədə bilirlər ki, kənar şəxslər belə ayırd edə bilmir. Qorxuram, dostumun yerinə qorxuram. Demək istəyirəm ki, bu dünyada sevgi, mənfəətin arzuları üstələyib şəxsləri robotlaşdırmasından ibarətdir. Demək istəyirəm ki, güvənmə aldadacaq səni. Əvvəlcə xəyal qurduracaq, sonra da o xəyalları başına yıxacaq. İnanma, yağmurda islanmaq başda xoş gələ bilər amma yavaş yavaş içdən məhv edəcək ciyərlərini, əvvəl onun varlığı ilə artan ürək döyüntülərin sonra onu itirməkdən qorxduğun üçün yaranacaq. Amma deyə də bilmirəm ki.. Elə gözəl sevir ki..(həqiqi sevən tərəf) onun üçün katastrofik bir hadisənin baş verməsi ayrılma ehtimalından qat qat gerçəkdir. Onun üçün ölüm sanki 300 il uzaqlıqdadır. Ölməkdən deyil onu itirməkdən qorxur o. Bilirəm, sən də bu dediyim "O" oldun bir zamanlar və sevgini indi bu saxta, bu alçaq insanların yalanların uydurması kimi düşünürsən. Demək istədiyim əslində odur ki, bir insanı aldatmaq, hissləri ilə oynamaq üçün çox qısadır həyat. Üzməyin sizi sevən insanı. Sizin o əhəmiyyətsiz sandığınız hər sözünüz sizi sevən insanın dünyasını başına yıxa bilər.🌾