36 yaşındakı baş qəhrəmanımız ailəsindən qalan miras nəticəsində istədiyi kimi gəzib dolanan, nəticədə monoton həyat tərzi sürən, ehtiyatda olan baş leytenantdır. Həyatında heçnə ona zövq vermir, həyata marağı yoxdur, hətta sevgilisinin onu tərk etməsi belə onda heçbir hiss oyatmır. Ta ki bir gün at yarışına qatılanadək... Sonradan baş verən hadisələr qəhrəmanımıza həyata başqa nöqteyi nəzərdən yanaşmasına, nəticədə özünü tapmasına səbəb olur.