Yenə mi məni atib gedirsən?
Saçıma ağ dən salıb gedirsən,
Niyə üzürsən viranə qəlbimi,
Qəlbimə sanki od basıb gedirsən.
Bilmirəm nədir günahim mənim,
Hərkəs ağlayarkən gülməyimdir mi?
Ayrılıq dolu qışqırıqlar içində,
Sənə tərəf dönüb səni öpməyimdir mi?
Deyəsən saat 3 dür dəqiq bilmirəm,
Əlimdə qələm var yaziram nəsə.
Mən artıq məhəbbətdən uzaq gəzirəm,
Dönmürəm sən olan o səmtə nəsə..