Hər zaman sevildiyini duymaq ehtiyacı ilə yaşamaq. Əslində, bu qadın haqlıdır, əgər kimsə sizi tərk edibsə, bu həmin adamın artıq mövcud olmadığı anlamına gəlmir. Düşüncələrinə bir az fantaziya qatmaqla insan tənhalığına qalib gələ bilər.
Hansısa bir günün bayram olacağını əvvəlcədən axı necə müəyyən etmək olar? Kim bilə bilər ki, səhər yuxudan durduqda həmin gün səndə bayram əhvali-ruhiyyəsi olacaq, ya yox? Özünü xoşbəxt hiss etməyə, sevincli görünməyə məcbur etmək ikiüzlülükdən başqa bir şey deyildir.
Culiya, insan öz uşaqlığını istədiyi qədər lənətləyə bilər, bütün uğursuzluq, zəiflik və qüsurlarında valideynlərini qınaya bilər, onları sərt həyat sınaqlarında təqsirli tuta bilər, lakin son nəticədə hər bir insan taleyinə özü cavabdehlik daşıyır və özü olmaq istədiyi adam olur. Bundan əlavə, öz fəlakətlərini adekvat dəyərləndirməyi öyrənməyin də pis olmazdı.