Nə gizlədim, bizdə kobud, özündənrazı, puldan ötrü haqqı nahaqqın ayağına verən, qeyri-əxlaqi hərəkətlərlə məşğul olan işçilər az deyil. Elələri də var ki, işləmək istəyir, ancaq qabiliyyəti yoxdur.
- Görürsünüzmü, məhəbbət necə cinayətlər törədir ?
- Yox, əzizim, məhəbbət heç vaxt cinayət törətmir. Cinayəti törədən ağılsız ehtiraslar və şəhvətdir.
Polis peşəsi dünyada ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə, həssaslığı ilə digər peşələrdən fərqlənir. İnsanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edir. Uğurlar nəticələnən hər bir iş haqqında "bu onların vəzifəsidir" deyir, uğursuzluq olarsa, tənqid edirlər.