Hərkəsə salam. Ümid edirəm təhlilim sizi öz ikiqayınıza daha da yaxınlaşdıracaq. Onu uzaqlarda axtarmayın.
Bir kitab və bu kitabda bizi bütünləşdirən, ifadə edən, həyat tərzimizi formalaşdıran səbəblər desəm- İkiqay deyərəm.
Oxuyarkən gözləntilərinizi yüksək tutmamağı, nəticə çıxarmağı və nəticəni tətbiq etməyi tövsiyə edirəm. Kitabda qeyd edilənlər, əslində bizə yad olmayan cümlələrdir, lakin ötürdüyü məna, bizi daha dərindən düşündürür və tapdığımız cavablar həyatımıza yön verən ikiqayımızı tapmağa kömək edir.
Nədir İkiqay?
Yapon fəlsəfəsinə görə ikiqay- həyatın mənası, yaşamaq səbəbi, yeni günə oyanmaq, enerji, hərəkət verici qüvvələr və s. Belə çıxır ki, həyat tərzimizdə bizə ilham verən hər şey bizim ikiqayımızdır və onu uzaqlarda yox öz daxilimizdə axtarmalıyıq.
Kitab Yaponiya əhalisinin həyat tərzindən, onların qidalanma rejimlərini, iş, əyləncə həyatlarını, sağlamlıqlarını, maraqlarını necə tənzimlədiklərini və buna görə insanların daha uzunömürlü, gümrah ,pozitiv olmaqlarından bəhs edir.
Həyat tərzimizi maraqlı və faydalı keçirmək istəyiriksə, özümüzü sərhədləməməli, əlimizdəki imkanlardan olduqca yararlanmalıyıq.
Fiziki sağlamlığımız üçün sağlam qidalanma, psixoloji sağlamlıq, idman, meditasiya, yoqa , fiziki işlərlə yanaşı, mənəvi hüzurumuz üçün sevdiyimiz işlərlə məşğul olmaq, hobbilərimizi genişləndirmək , dostluq münasibətlərini, nikbin düşünməyi, gülümsəməyi də vacib şərt olaraq qeyd edir.
Kitabı bitirəndən sonra, belə nəticəyə gəldim ki, günə başlamaq üçün mənim olduqca keyfiyyətli ikiqaylarım var.
Kitabda bəyənmədiyim hissələr sadəcə təkrarçılığın olmağı idi.Məhz buna görə də bəzi yerlərində sıxıldım və durğunluq yaşadım. Tövsiyə edirəm ki, səbrlə oxuyasınız. Ümumi olaraq, kitabın ifadə tərzi sadə və anlaşılandır.
Xoşbəxtlliyi və hüzuru hazır